--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Qubada almanın qiyməti kəskin düşdü

Aysel Əlibəyli 31 İyul 2026 · 12:37 1040 baxış

Yağıntılar Quba alma bağlarına zərər vurdu: fermerlər böyük itki ilə üzləşib

Elpress.az xəbər verir ki, Qubada əlverişsiz hava şəraiti almaçılıq təsərrüfatlarına ciddi ziyan vurub. Güclü yağışlar nəticəsində bağlarda yetişən meyvələrin bir hissəsində ləkələr əmələ gəlib və məhsulun keyfiyyəti aşağı düşüb.Fermerlərin sözlərinə görə, məhsulun təxminən 90 faizi dəmgil xəstəliyindən zərər görüb. Bu səbəbdən almaların böyük hissəsini satışa çıxarmaq mümkün olmayıb.Bildirilir ki, əvvəlki illərdə bir hektar bağdan 8-10 min manat gəlir əldə edən fermerlər bu il çəkdikləri xərcləri qarşılamaqda belə çətinlik çəkirlər. Dərman preparatlarına böyük məbləğdə vəsait xərclənsə də, məhsulu xəstəlikdən qorumaq mümkün olmayıb.Emal müəssisələrinin zədələnmiş almaları kiloqramı 5-6 qəpikdən qəbul etdiyi, bazarda isə məhsula tələbatın az olduğu qeyd edilir. Bəzi fermerlər mövsüm ərzində 10-15 min manatadək zərərə düşdüklərini bildirirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvan nazirliyinə yeni müavin təyin edildi

Next Article

Kimlər Günəşdən qorunmalıdır?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İşsizlikdən sığorta üzrə yığımlar artmaqda davam edir

Aysel Əlibəyli 07 İyul 2026 · 09:19 1068 baxış Bu ilin ilk altı ayında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 122,1 milyon manata çatıb. Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, bu göstərici […]

Mərkəzi Bank 6 ayda 757 milyon dollar satıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:53 1040 baxış Valyuta hərraclarında dollar satışları kəskin azalıb Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk altı ayında Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında ümumilikdə 757 milyon ABŞ dolları […]

Bakıda ÜPİ-nin 95-ci iclası keçirilir

Aysel Əlibəyli 16 İyul 2026 · 13:22 1040 baxış “Azərpoçt” beynəlxalq poçt rəhbərlərini Bakıda bir araya gətirdi Elpress.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 14–17 iyul 2026-cı il tarixlərində Bakıda keçirilən Ümumdünya […]