--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Nazir beynəlxalq tribunalardan çağırış səsləndirib

Aysel Əlibəyli 03 İyun 2026 · 18:03 1200 baxış

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edərək ölkədə həyata keçirilən sosial və rəqəmsal islahatlardan danışıb.

Elpress.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirilib ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri olan Anar Əliyev çıxışında rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinin ölkənin əsas inkişaf prioritetlərindən biri olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən sosial islahatların nəticələrindən bəhs edib.Nazir qeyd edib ki, əmək, məşğulluq və sosial müdafiə sahələrində təqdim olunan 150 xidmətin 90 faizdən çoxu rəqəmsallaşdırılıb, 50-dən artıq xidmət isə proaktiv qaydada vətəndaşlara təqdim edilir. Onun sözlərinə görə, “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platforması kimi fəaliyyət göstərir və aktiv əmək müqavilələrinin 97 faizi elektron formada bu sistem üzərindən bağlanıb.Anar Əliyev həmçinin DOST konsepsiyasının uğurlarına toxunaraq Azərbaycanın artıq Beynəlxalq Əmək Təşkilatının 60 konvensiyasına qoşulduğunu, daha dörd konvensiyanın ratifikasiya imkanlarının nəzərdən keçirildiyini bildirib.Nazir işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərindən, əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən tədbirlərdən də danışıb. O, Azərbaycan ilə BƏT arasında həyata keçirilən iki Layiqli Əmək Ölkə Proqramının uğurla başa çatdığını, 2025–2029-cu illəri əhatə edən növbəti proqramın isə ötən ilin sonunda imzalandığını diqqətə çatdırıb.Sessiya çərçivəsində Anar Əliyev BƏT-in Baş direktoru Jilber Hunqbo ilə də görüş keçirib. Görüşdə əmək münasibətlərinin rəqəmsallaşdırılması, gender islahatları, beynəlxalq sənədlərin ratifikasiyası və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ödəniş kartları üçün yeni təhlükəsizlik standartları tətbiq olunacaq

Next Article

Tanınmış media nümayəndəsindən xoş xəbər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycandan Türkmənistana ixrac 37 faizə yaxın artıb

Aysel Əlibəyli 23 İyun 2026 · 17:19 1110 baxış Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–may aylarında Azərbaycandan Türkmənistana ixracın həcmi əhəmiyyətli dərəcədə artıb. Hesabata əsasən, bu dövrdə Azərbaycandan Türkmənistana 26 milyon 308,51 min […]

Sabah üçün dolların rəsmi məzənnəsi açıqlandı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:19 1094 baxış Mərkəzi Bank qərar verdi: Manatın dollara qarşı sabahkı məzənnəsi bəlli oldu Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı iyulun 7-si üçün manatın xarici valyutalara, o […]

Dövlət Statistika Komitəsində yeni sədr müavini təyin edilib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 20:03 1064 baxış Dövlət Statistika Komitəsində rəhbər vəzifələrdən birində dəyişiklik baş verib. Komitə sədrinin müavini Yusif Yusifov vəzifəsindən azad edilib. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı digər […]

Kəlbəcərdə ilk əmək yarmarkası keçirilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:24 1048 baxış Kəlbəcərdə işaxtaranlara 90-dan çox vakansiya təqdim olunub Elpress.az xəbər verir ki, Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası təşkil edilib. Tədbir Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilib və […]