--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Kəlbəcərdə işğal və zəfər muzeyləri kompleksinin tikintisi planlaşdırılır

Aysel Əlibəyli 21 May 2026 · 18:09 1146 baxış

Kəlbəcərin otaqlı, zar, qamışlı, zallar və yanşaq kəndləri üzrə layihə hazırlıqları yekunlaşıb və sənədlər ekspertiza baxışına göndərilib.

Kəlbəcər rayonunda həyata keçirilən yenidənqurma layihələri çərçivəsində bir sıra yaşayış məntəqələri üzrə mühüm işlər görülür. Elpress.az – ın Apa- ya istinadən verdiyi məlumata görə, bunu “Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı tədbirdə Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib.Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış şəraitinin formalaşdırılması və sakinlərin qayıdışının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Kəlbəcər şəhərinin birinci mərhələsi üzrə tikinti prosesi yekunlaşıb və mənzillər istifadəyə təqdim edilib.Bununla yanaşı, şəhərin ikinci, üçüncü və dördüncü yaşayış məhəllələri üzrə layihələndirmə və ekspertiza işləri hazırda davam etdirilir. Çaykənd, Çəpli və Dəlləkli kəndləri ilə bağlı layihə hazırlığı da aparılır.Həmçinin bildirilib ki, Kəlbəcər şəhərində 2,42 və 10,1 hektarlıq əraziləri əhatə edən inzibati binaların layihələri üzərində iş gedir. Bununla yanaşı, İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulur.Şəhərdə inşa olunan təhsil kompleksi üzrə tikinti işlərinin də davam etdiyi qeyd edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AZAL Naxçıvan reyslərini hava şəraitinə görə təxirə salıb

Next Article

65 yaşdan yuxarı şəxslərə VACİB XƏBƏR: 2030-cu ilədək…

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda təkafulun tətbiqi genişlənir

Aysel Əlibəyli 18 İyun 2026 · 16:34 1210 baxış Eyvaz Cəfərli İslam maliyyəsi sahəsində təkaful sisteminin mühüm rol oynadığını bildirib. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, “Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin direktoru təkafulun […]

Aİ ASCO Gəmilərinə Tətbiq Olunan Sanksiyaları Ləğv Etdi

Elşən 24 Aprel 2026 · 09:49 1141 baxış Avropa İttifaqı Şurasının son qərarına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) aid “Zaqatala” gəmisinə, həmçinin ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” […]

AMB: Valyuta təklifi tələbi üstələyib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:53 1116 baxış 8 ayda nağd xarici valyuta alışının satışını 673 milyon dollar üstələdiyi açıqlanıb Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk 8 ayında Azərbaycanda valyuta bazarında təklif tələbi […]