--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Kəlbəcərdə ilk əmək yarmarkası keçirilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:24 1062 baxış

Kəlbəcərdə işaxtaranlara 90-dan çox vakansiya təqdim olunub

Elpress.az xəbər verir ki, Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası təşkil edilib. Tədbir Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilib və işaxtaran şəxslərin müxtəlif müəssisələrdə mövcud olan vakansiyalarla tanış olmasına şərait yaradılıb.Yarmarkada dövlət və özəl sektoru təmsil edən 16 müəssisə iştirak edib. Vətəndaşlara mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, elektrik montyoru, qaynaqçı, sürücü, çilingər, qənnadıçı, satıcı, aşpaz və digər peşələr üzrə 90-dan çox iş yeri təklif olunub.Tədbir zamanı işəgötürənlər vakansiyalar üzrə tələblər barədə məlumat verib, uyğun namizədlərin qeydiyyatı həyata keçirilib. İştirakçılar həmçinin aktiv məşğulluq proqramları və onlardan yararlanmaq imkanları barədə məlumatlandırılıblar.Əmək yarmarkası çərçivəsində işəgötürənlərlə ayrıca görüş də keçirilib. Görüşdə məşğulluq sahəsində həyata keçirilən layihələr, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan aktiv məşğulluq proqramları müzakirə olunub və işəgötürənlərin sualları cavablandırılıb.Tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov da iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Üç həkimin qanunsuz plastik əməliyyat apardığı aşkarlanıb

Next Article

Anar Əsədlinin apellyasiya şikayəti təmin edilməyib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gələn il 67 şəhər və rayon büdcədən dotasiya almayacaq

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 11:23 1100 baxış 2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun yerli xərclərinin öz gəlirləri hesabına qarşılanması nəzərdə tutulur. Bu ərazilərə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən dotasiya ayrılması planlaşdırılmır. […]

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 08:55 1058 baxış ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən NYMEX əmtəə birjasında təbii qazın fyuçers qiymətində eniş qeydə alınıb. Elpress.az xəbər verir ki, 2026-cı ilin noyabrında çatdırılma şərti ilə bağlanan […]

İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarını genişləndirir

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 13:57 1088 baxış Elnur Bağırov sənaye və logistika infrastrukturlarının investorlar üçün yaratdığı imkanlardan danışıb Elpress.az xəbər verir ki, İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarının genişləndirilməsinə şərait yaradır.Bunu Antiinhisar və İstehlak […]

Neft hasilatı 45% geriləyib

Aysel Əlibəyli 13 May 2026 · 18:33 1150 baxış Yaxın Şərq və Körfəz bölgəsində münaqişə başlayandan neft hasilatı 45% geriləyib.Aprel ayında OPEC və təşkilata daxil olmayan bəzi neft istehsalçılarının yer aldığı OPEC+ alyansında gündəlik neft […]