--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İşçilərin səhmlərdən əldə etdiyi gəlirlər vergidən azad ediləcək

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 13:27 1040 baxış

Texnologiyalar parklarının rezidentləri ilə bağlı yeni vergi güzəşti 2027-ci ildən tətbiq olunacaq

Elpress.az xəbər verir ki, Pay və səhm iştirakı planları çərçivəsində işçilərin əldə etdiyi gəlirlərlə bağlı gəlir vergisi güzəştləri tətbiq ediləcək.Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, müəyyən şərtlər daxilində işçilərin əvəzsiz və ya güzəştli şərtlərlə əldə etdikləri pay və səhmlərdən yaranan gəlirlər, həmçinin həmin aktivlərin digər şəxslərə təqdim edilməsindən əldə olunan gəlirlər 2027-ci il yanvarın 1-dən etibarən 10 il müddətinə gəlir vergisindən azad olunacaq.Güzəştin tətbiqi üçün payın və ya səhmin əldə edildiyi və təqdim olunduğu müəssisənin texnologiyalar parkının rezidenti olması və parkın fəaliyyətindən kənar sahədə fəaliyyət göstərməməsi tələb ediləcək. Eyni zamanda, payı əldə edən işçinin həmin müəssisədə ən azı bir il çalışması şərti qoyulacaq.Vergidən azad edilən məbləğ payın və ya səhmin müəssisənin xalis aktivlərindəki payına uyğun dəyəri əsasında müəyyənləşdiriləcək. Aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan artım isə bu hesablamaya daxil edilməyəcək.Dəyişikliklər qəbul ediləcəyi təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə Müdafiə Nazirliyi Azərbaycandakı birgə hərbi təlimdən görüntülər yayıb

Next Article

Oktyabrın 1-i üçün hava proqnozu açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:42 1064 baxış Yeni mexanizm fermerlərin istehsaldan əvvəl maliyyə vəsaiti əldə etməsinə imkan verəcək Elpress.az xəbər verir ki, “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanaraq Milli Məclisin Aqrar siyasət komitəsinin […]

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

Aysel Əlibəyli 15 İyul 2026 · 17:52 1110 baxış “AzerGold” QSC IV Şuşa Qlobal Media Forumu çərçivəsində qızıl və gümüş məhsullarından ibarət xüsusi kolleksiyalarını nümayiş etdirib. Elpress.az xəbər verir ki, Forum iştirakçılarına şirkətin fəaliyyəti və […]

Gömrük statistikası Kənd Təsərrüfatı Nazirliyinə də təqdim ediləcək

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:36 1056 baxış Xarici ticarət üzrə gömrük məlumatlarının təqdim olunduğu dövlət qurumlarının siyahısı genişləndirilib Elpress.az xəbər verir ki, Azərbaycanda xarici ticarətə dair gömrük statistikası məlumatlarının təqdim ediləcəyi dövlət qurumlarının […]