--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Hacıqabulda 160 MVt-lıq günəş elektrik stansiyası tikiləcək

Aysel Əlibəyli 12 İyun 2026 · 17:38 1078 baxış

Nazirlər Kabineti bərpa olunan enerji sahəsində yeni layihənin icrası ilə bağlı qərar qəbul edib.

Elpress.az FED.az-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Hacıqabul rayonunda günəş elektrik stansiyasının tikintisi üçün dövlət mülkiyyətində olan torpaq sahəsi ayrılıb.Sənədə görə, qoyuluş gücü 160 meqavat olan günəş elektrik stansiyasının inşası məqsədilə rayonun inzibati ərazisində yerləşən 321 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyənləşdirilib.Qərarın ölkədə yaşıl enerji istehsalının artırılması, alternativ enerji mənbələrinin inkişafı və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan addımların davamı olduğu bildirilir.Qeyd edək ki, Azərbaycan son illərdə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə xüsusi önəm verir və bu sahədə bir sıra iri investisiya layihələri icra olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ bir neçə rayonda hiss edildi

Next Article

İsraildən sərt açıqlama: geri çəkilmə yoxdur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fatih Birol: Neft qiymətlərində eniş ehtimalı artır

Aysel Əlibəyli 18 İyun 2026 · 18:50 1060 baxış Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol İran–ABŞ sülh prosesi və qlobal enerji bazarındakı vəziyyətlə bağlı neft qiymətlərinin gələcək dinamikasına dair açıqlama verib. Beynəlxalq Enerji Agentliyinin […]

Toğrul Abbasquliyev: Azərbaycan zərgərlik məhsullarına tələbat yüksəlir

Aysel Əlibəyli 04 İyun 2026 · 10:26 1165 baxış Azərbaycan istehsalı zərgərlik məmulatlarına region ölkələrində tələbatın artdığı bildirilib. Elpress.az “Report”a istinadən xəbər verir ki, bunu Toğrul Abbasquliyev Bakıda keçirilən Azerbaijan Jewelry Show sərgisinin açılış mərasimində […]

Azərbaycanın çay ixracı artıb

Aysel Əlibəyli 20 İyul 2026 · 16:55 1028 baxış İlin ilk yarısında Azərbaycanın çay ixracı 24 faizə yaxın artıb Elpress.az xəbər verir ki, Bu ilin yanvar–iyun aylarında Azərbaycandan 437,2 ton çay ixrac edilib. Dövlət Gömrük […]