--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Geoiqtisadi dəyişikliklər Bakı Limanına təsir göstərir

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:32 1054 baxış

Bakı Limanı Orta Dəhliz üzrə artan yük həcminə hazırlaşır

Elpress.az xəbər verir ki, Dünyada baş verən geoiqtisadi proseslər və müxtəlif regionlardakı toqquşmalar Bakı Limanının fəaliyyətinə də təsir göstərir.Bakı Limanının baş direktoru Eldar Salahov bildirib ki, yaranan vəziyyət nəticəsində əvvəlcədən nəzərdə tutulmayan əlavə yük həcmləri formalaşa bilər. Eyni zamanda, Orta Dəhliz üzrə yük daşımalarının artması limanın qarşısında yeni tələblər yaradır.Onun sözlərinə görə, artan yük axınının effektiv şəkildə idarə olunması üçün limanda müvafiq hazırlıq işləri aparılır. Bu çərçivədə yeni yük aşırma avadanlıqlarının, lokomobillərin, kranların, konteyner yükləyicilərinin və digər texniki vasitələrin alınması istiqamətində fəaliyyət davam etdirilir.Eldar Salahov qeyd edib ki, yalnız texniki imkanların genişləndirilməsi kifayət etmir. Yüklərin daha səmərəli qəbul və emal olunması üçün əməliyyat proseslərinin təkmilləşdirilməsi, qurumlararası əlaqələndirmənin gücləndirilməsi və məlumat mübadiləsinin yaxşılaşdırılması da əsas prioritetlərdəndir.Bakı Limanı rəhbəri bildirib ki, görülən tədbirlər artan yük həcmlərinin qarşılanmasına və Orta Dəhliz üzrə daşımaların fasiləsizliyinin təmin edilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah Bakıda yağış yağacaq

Next Article

Zaur Rzayev xəstəxanaya yerləşdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı–Tbilisi qatarının bilet qiymətləri açıqlandı

Elşən 20 May 2026 · 15:07 1188 baxış Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının bilet qiymətləri açıqlanıb və tariflər sərnişinlərin seçdiyi məsafə ilə komfort səviyyəsinə uyğun müəyyənləşdirilib. Komfort sinfi üzrə biletlərin qiyməti 51 manatdan başlayır və […]