--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

G7 neft ehtiyatlarının bir hissəsini bazara çıxaracaq

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 08:55 1086 baxış

“Böyük yeddilik” ölkələri qlobal enerji bazarında qiymət artımının və dalğalanmaların qarşısını almaq üçün əlavə neft ehtiyatlarının satışa çıxarılması barədə qərar qəbul edib.

Elpress.az xəbər verir ki, G7 liderlərinin keçirdiyi onlayn görüşün yekununda yayılan bəyanatda ümumilikdə 100 milyon barel neft və dizel yanacağının ehtiyatlardan bazara yönəldiləcəyi bildirilib.

Məlumata görə, proses Beynəlxalq Enerji Agentliyinin koordinasiyası ilə həyata keçiriləcək və ehtiyatların buraxılması dörd ay ərzində mərhələli şəkildə aparılacaq.

G7 ölkələri hesab edir ki, enerji daşıyıcılarının bahalaşması və bazardakı qeyri-sabitlik dünya iqtisadiyyatına, eləcə də əhalinin rifahına mənfi təsir göstərə bilər.

Xüsusilə dizel yanacağı bazarında yaranan təzyiqin azaldılması üçün ilk 20 gün ərzində əhəmiyyətli həcmdə ehtiyatın bazara çıxarılması nəzərdə tutulur. Həmçinin yüksək emal imkanlarına malik ölkələrlə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Bəyanatda enerji məhsullarının ixracına yeni məhdudiyyətlərin tətbiq edilməməsinin vacibliyi vurğulanıb. G7 ölkələri digər neft istehsalçılarını da bazardakı vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb.

Beynəlxalq Enerji Agentliyi isə görülən tədbirlərin nəticələrini izləyəcək və ehtiyatların sonradan yenidən bərpa olunması da daxil olmaqla növbəti addımlar barədə hesabat hazırlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq?

Next Article

Masazırda yağış yolları keçilməz vəziyyətə saldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah sosial ödənişlər tam şəkildə həyata keçirilir

Aysel Əlibəyli 23 İyun 2026 · 15:26 1162 baxış Sabah ölkə üzrə bütün sosial yardımlar və müavinətlər vətəndaşlara tam həcmdə ödəniləcək. Aidiyyəti qurumlar tərəfindən ödənişlərin vaxtında və fasiləsiz şəkildə həyata keçirilməsi təmin olunacaq, benefisiarların hesablarına […]

İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarını genişləndirir

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 13:57 1088 baxış Elnur Bağırov sənaye və logistika infrastrukturlarının investorlar üçün yaratdığı imkanlardan danışıb Elpress.az xəbər verir ki, İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarının genişləndirilməsinə şərait yaradır.Bunu Antiinhisar və İstehlak […]

Unun topdansatış qiyməti bahalaşıb

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:27 1072 baxış Azərbaycanda 50 kiloqramlıq unun topdansatış qiyməti 29,40 manata yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda 50 kiloqramlıq un kisələrinin topdansatış qiymətləri açıqlanıb.Avqustun 10-dan qüvvədə olan qiymətlərə əsasən, […]