--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

EBRD-nin Azərbaycandakı kredit portfeli 888 milyon avro olub

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 09:40 1106 baxış

Elpress.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfelinin həcmi iyulun 31-nə 888 milyon avro təşkil edib.

Bu göstərici iyunun 30-u ilə müqayisədə 4 milyon avro və ya 0,45% azdır. Hazırda bankın Azərbaycanda 35 aktiv layihəsi var və portfelin 41%-i özəl sektorun payına düşür.Mövcud kredit portfelinin 794 milyon avro və ya 89%-i dayanıqlı infrastruktur layihələrinə yönəlib. Maliyyə institutlarının payı 64 milyon avro (7%), korporativ sektorun payı isə 30 milyon avro (3%) təşkil edib.EBRD indiyədək Azərbaycanda 202 layihəyə ümumilikdə 3,728 milyard avro investisiya yatırıb.Bankın Azərbaycandakı əməliyyat aktivlərinin dəyəri isə iyulun 31-nə 715 milyon avro olub. Bu məbləğ aylıq müqayisədə 6 milyon avro və ya 0,83% azalıb.2025-ci il ərzində EBRD Azərbaycanda 10 layihəyə 81 milyon avro maliyyə ayırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Təhsil xərcləri 1,6 faiz artacaq

Next Article

İtaliyada 6 milyon avroluq kakao daşıyan Türk TIR-ı qarət edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Azneft” güclü küləklə bağlı tədbirləri artırıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 19:03 1064 baxış Kəskin hava şəraiti səbəbindən istehsalat sahələrində təhlükəli işlər məhdudlaşdırılıb Elpress.az xəbər verir ki, Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və güclü küləyin müşahidə olunması SOCAR-ın “Azneft” […]

Prezidentdən aeroportlarla bağlı yeni Fərman

Aysel Əlibəyli 12 İyun 2026 · 19:01 1170 baxış Aeroportların idarə olunması ilə bağlı yeni Qayda təsdiqləndi Prezident İlham Əliyev aeroportların idarə olunması ilə bağlı Fərman imzalayıb ✈️Sənədə əsasən, “Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası” […]

Naxçıvan reyslərində gecikmələrin səbəbi açıqlandı – AZAL

Aysel Əlibəyli 13 İyun 2026 · 21:43 1130 baxış AZAL Naxçıvan istiqamətində bəzi reyslərdə dəyişiklik edildiyini açıqlayıb. AZAL mətbuat xidmətinin yaydığı məlumata əsasən, Naxçıvan istiqamətində həyata keçirilən bəzi reyslər əlverişsiz və qeyri-sabit hava şəraiti səbəbindən […]