--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Dövlət vəsaitləri özəl sektorun inkişafına yönəldiləcək

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 13:16 1058 baxış

Şahmar Mövsümov: Güzəşt mexanizmlərinin tətbiqi davam etdiriləcək

Elpress.az xəbər verir ki, Azərbaycanda dövlət vəsaitlərinin bir hissəsinin ayrı-ayrı layihələrin birbaşa maliyyələşdirilməsi əvəzinə, özəl sektorun inkişafını təşviq edən güzəşt mexanizmlərinə yönəldilməsi siyasəti davam etdiriləcək.Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.Onun sözlərinə görə, son illərdə qeyri-neft sektorunun inkişafını dəstəkləmək məqsədilə müxtəlif güzəşt alətləri yaradılıb. Dövlət vəsaitlərinin müəyyən hissəsinin bu mexanizmlər vasitəsilə bütövlükdə ayrı-ayrı sektorların inkişafına dəstək verməsi nəzərdə tutulur.Şahmar Mövsümov qeyd edib ki, güzəşt mexanizmləri ilə yanaşı, dövlət investisiyaları da davam etdiriləcək. İnfrastruktur, dağ-mədən sənayesi, kənd təsərrüfatı və digər sahələr üzrə investisiya layihələrinin həyata keçirilməsi planlaşdırılır.Prezidentin köməkçisi Dövlət Neft Fondunun aktivlərində artımın ölkə iqtisadiyyatının dayanıqlılığı baxımından müsbət göstərici olduğunu bildirib. Bununla yanaşı, neft gəlirlərinin dövlət büdcəsinin maliyyələşdirilməsində istifadəsinin davam edəcəyini vurğulayıb.Onun sözlərinə görə, cari dövlət büdcəsində Dövlət Neft Fondundan təxminən 7 milyard dollar həcmində transfert nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lökbatanda səhər saatlarında vulkan püskürməsi baş verdi

Next Article

Azərbaycanın regionlarında turizm üçün geniş imkanlar var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Enerji sektorunda sabitlik sual altındadır

Aysel Əlibəyli 02 İyun 2026 · 11:02 1126 baxış Enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır, eyni zamanda bazardakı güclü dəyişkənlik qlobal enerji sektorunda riskləri artırır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji […]