--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası dəyişir

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:12 1048 baxış

Restrukturizasiya zamanı borcalandan əlavə ödəniş tələb olunmayacaq

Elpress.az xəbər verir ki, Bank olmayan kredit təşkilatlarında gündəlik kredit borcunun restrukturizasiyası zamanı müştəridən əlavə ödəniş tələb edilməyəcək.Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib ki, yeni yanaşma sektorda yaranan problemlərin və neqativ halların qarşısının alınması, həmçinin istehlakçıların hüquqlarının qorunması məqsədi daşıyır.Yeni qaydalara əsasən, gündəlik kreditin maksimal məbləği 500 manat, gündəlik faiz dərəcəsi 0,3 faiz, kreditin maksimal qaytarılma müddəti isə 45 gün müəyyənləşdirilib.BOKT müştərinin kredit üzrə ödəyəcəyi bütün əlavə xərclərin məbləğini kreditin əsas məbləğinin 100 faizindən yuxarı müəyyən edə bilməz. Məsələn, 100 manat kredit götürən şəxsin əlavə xərcləri 100 manatdan çox ola bilməz.Gündəlik kreditlər üzrə daşınar və daşınmaz əmlakın təminat kimi qəbul edilməsi də qadağan edilib.Yeni qaydaya görə, müştəri kredit borcunun 20 faizini ödədikdən sonra qalan borcunu növbəti 45 gün müddətinə restrukturizasiya edə biləcək.AMB rəsmisi qeyd edib ki, restrukturizasiya zamanı da müştərinin ödəyəcəyi ümumi əlavə xərc kredit məbləğinin 100 faizi həddini keçməməlidir və borcalandan əlavə xərc tələb edilməməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb

Next Article

İranın Türkiyə və İraqa uçuşlarında məhdudiyyət olmadığı bildirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanın sosial-iqtisadi inkişafına 258 milyon manat ayrılacaq

Aysel Əlibəyli 12 Avqust 2026 · 10:28 1056 baxış Elpress.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi məqsədilə ümumilikdə 258 milyon manat vəsait ayrılacaq. Sərəncama əsasən, vəsait dövlət və […]

Qızıl və gümüş ucuzlaşıb

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:26 1068 baxış COMEX birjasında hər iki qiymətli metalın dəyərində azalma qeydə alınıb Elpress.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qiymətli metalların qiymətləri aşağı düşüb.Ticarət sessiyası zamanı qızılın […]