--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bitcoin 62 min dolları geridə qoydu

Aysel Əlibəyli 11 İyun 2026 · 08:03 1074 baxış

Kriptovalyuta bazarında son günlər müşahidə olunan geriləmədən sonra yenidən artım tendensiyası qeydə alınıb.

Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saat ərzində 0,82 faiz artaraq 2,14 trilyon dollara yüksəlib.Bazarın aparıcı aktivi olan Bitcoinin qiyməti sutka ərzində 1,34 faiz bahalaşaraq 62 323 dollara çatıb. Bununla belə, kriptovalyuta son bir həftədə 3,12 faiz dəyər itirib.Ethereum da müsbət dinamika nümayiş etdirərək 0,84 faiz artımla 1 644 dollara yüksəlib. Lakin bu aktiv üzrə həftəlik azalma 9,02 faiz təşkil edib. BNB isə son 24 saatda 0,95 faiz bahalaşsa da, həftəlik müqayisədə 4,3 faiz ucuzlaşıb.Qızıla bağlı rəqəmsal aktivlərdə isə eniş davam edib. PAX Gold (PAXG) 4 069 dollara, Tether Gold (XAUt) isə 4 062 dollara qədər geriləyib.İnvestorların bazara münasibətini əks etdirən “Fear & Greed Index” göstəricisi 15 bənd səviyyəsində qərarlaşıb. Bu isə bazarda güclü ehtiyatlılıq və narahatlığın hökm sürdüyünü göstərir.Mütəxəssislərin fikrincə, qısamüddətli alışlar bazara müəyyən dəstək versə də, qlobal iqtisadi qeyri-müəyyənliklər və geosiyasi gərginliklər riskli aktivlərə marağın tam bərpa olunmasına mane olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Oman körfəzində tankerə ABŞ zərbəsi

Next Article

Qubada bədbəxt hadisə: 74 yaşlı kişi həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya bazarında neftin qiyməti enməyə başladı

Aysel Əlibəyli 11 İyul 2026 · 10:59 1028 baxış Qlobal enerji bazarlarında neftin qiymətində növbəti ucuzlaşma müşahidə olunub. Elpress.az xəbər verir ki , Dünya neft bazarında qiymətlərdə azalma qeydə alınıb. Beynəlxalq birjalarda keçirilən son hərracların […]

Mingəçevirdə 198 min litr qeydiyyatsız pivə aşkarlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:09 1034 baxış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi nəzarət tədbirləri zamanı Mingəçevirdə qeydiyyatsız pivə istehsalı faktı aşkarlanıb. Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Aksizli […]

Azərbaycan Anaklia limanına maraq göstərir

Aysel Əlibəyli 13 İyul 2026 · 11:55 1040 baxış Gürcüstanın strateji əhəmiyyət daşıyan Anaklia dərin dəniz limanı Azərbaycanın da maraq göstərdiyi beynəlxalq layihələrdən biri kimi qiymətləndirilir. Elpress.az xəbər verir ki, Bu barədə Gürcüstanın iqtisadiyyat və […]