--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Balaxanı neftçilərindən rekord nəticə

Aysel Əlibəyli 06 İyul 2026 · 19:23 32 baxış

Gündəlik hasilat 1000 tona çatdı: Balaxanı neftçiləri ilk yarımili rekord göstəricilərlə başa vurdu

Elpress.az xəbər verir ki, SOCAR-la “Hasilat Pay Bölgüsü” sazişi çərçivəsində “Balaxanı-Sabunçu-Ramana” yatağında fəaliyyət göstərən “Balakhani Operating Company LTD” (BOC) 2026-cı ilin ilk altı ayını yüksək istehsal göstəriciləri ilə başa vuraraq rekord nəticəyə imza atıb.Şirkətin açıqladığı məlumata görə, bu dövrdə orta gündəlik neft hasilatı 1000 tona çatdırılıb. Eyni zamanda, qabaqcıl geoloji modelləşdirmə üsullarının və geoloji-texniki tədbirlərin uğurla tətbiqi sayəsində fəaliyyət göstərilən ərazilərdə işlənmədə olan quyuların sayı 820-yə qədər optimallaşdırılıb. Bu isə hasilatın daha səmərəli və dayanıqlı şəkildə həyata keçirilməsinə imkan yaradıb.Şirkətin prezidenti Rövşən Rzayev əldə olunan uğurlarla əlaqədar Balaxanı neftçilərinə təşəkkür məktubu ünvanlayaraq kollektivin peşəkarlığını, fədakarlığını və birgə əməyini yüksək qiymətləndirib. O bildirib ki, qazanılan rekord nəticələrin arxasında hər bir əməkdaşın zəhməti dayanır və məhz komanda ruhu bu uğurların əsas səbəblərindən biridir.Rövşən Rzayev vurğulayıb ki, gündəlik əməliyyatlarda dayanıqlı istehsal proseslərinin tətbiqi hasilatın artırılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, “Balakhani Operating Company LTD” bundan sonra da ekoloji təhlükəsizlik prinsiplərinə sadiq qalaraq neft hasilatını səmərəli, məsuliyyətli və müasir standartlara uyğun şəkildə davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah üçün dolların rəsmi məzənnəsi açıqlandı

Next Article

Dünya musiqisinin dahisi Ennio Marrikonenin unudulmayan həyatı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Süni İntellektlə Qlobal Təhsil Fürsətləri

Aysel Əlibəyli 05 İyun 2026 · 15:09 117 baxış Süni intellekt texnologiyalarının tətbiqi milli iqtisadiyyatların inkişafına mühüm töhfə versə də, bu proses sosial dayanıqlılığın qorunması və müvafiq sahələrdə davamlı islahatların həyata keçirilməsi baxımından xüsusi həssaslıq […]

Azərbaycan forumuna Pakistan dəvət edildi

Aysel Əlibəyli 08 İyun 2026 · 18:44 112 baxış İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Azərbaycanın investisiya imkanları, iqtisadi zonalarda yaradılan infrastruktur, eləcə də […]