HONOR smartfonu əldə edən abunəçilər 12 GB-dək hədiyyə internet qazanırlar.
Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, “Azercell Telekom” MMC HONOR smartfonları üçün xüsusi kampaniyaya başlayır. Kampaniya çərçivəsində HONOR X seriyasına aid seçilmiş smartfon modellərindən birini əldə edən abunəçilərə 6 ay müddətində hədiyyə internet təqdim olunur. Smartfon modelindən asılı olaraq istifadəçilərə hər ay 6 GB və ya 12 GB internet paketi, eləcə də eksklüziv HONOR bel çantası verilir. İnternet paketi 6 ay ərzində ödənişsiz təqdim edilir və hər 28 gündən bir avtomatik yenilənir. Kampaniya müddəti bitdikdən sonra abunəçilər internet paketindən növbəti 6 ay ərzində 20% endirimlə istifadə edə biləcəklər.


