--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanda xarici onlayn xidmətlərə yeni vergi tələbi qüvvəyə minib

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:42 1040 baxış

İllik dövriyyəsi 10 min dolları keçən qeyri-rezidentlər elektron vergi uçotuna alınmalıdır

Elpress.az xəbər verir ki, Azərbaycanda elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən xarici şirkətlər üçün yeni vergi tələbləri qüvvəyə minib.Qanuna edilmiş dəyişikliklərə əsasən, Azərbaycandakı alıcılara elektron formada xidmət göstərən qeyri-rezidentlərin ölkədəki dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdə onlar 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar.Dövriyyəsi müəyyən edilmiş həddən aşağı olan qeyri-rezidentlərin isə elektron vergi uçotuna alınması könüllü əsasda həyata keçirilə bilər.Yeni qaydalar bütün onlayn xidmətlərə şamil edilmir. Elektron poçt və digər interaktiv vasitələrlə göstərilən məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətləri, həmçinin internet üzərindən real vaxt rejimində tədris və təlim xidmətləri bu kateqoriyaya daxil edilmir. Elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirlərinə biletlərin onlayn sifarişi də elektron ticarət qaydasında təqdim olunan xidmətlərə aid edilməyəcək.Qeyd olunur ki, müvafiq qaydada vergi uçotuna alınan qeyri-rezidentlər üçün ƏDV qeydiyyatı, bəyannamələrin təqdim edilməsi və verginin ödənilməsi ilə bağlı prosedurlar səlahiyyətli qurum tərəfindən müəyyənləşdiriləcək.Vergi uçotuna alınmış qeyri-rezidentlər göstərilən xidmətlər üzrə ƏDV-ni hər hesabat dövründən sonrakı ayın son gününədək dövlət büdcəsinə ödəməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib

Next Article

Manuel Noyer Almaniya futbolunun rekordçusu olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Neft ucuzlaşıb: “Brent” 104 dollardan aşağı düşüb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 09:32 1050 baxış Elpress.az xəbər verir ki, dünya əmtəə bazarlarında əsas neft markalarının qiymətində eniş müşahidə olunub. “Brent” markalı neftin noyabr fyuçersləri 0,95 dollar və ya 0,91% azalaraq 103,87 […]

Rayon pensiyaçıları üçün ödəniş tarixi bəlli oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 15:49 1168 baxış Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu ay üzrə pensiya ödənişlərinin ən gec 19-dək həyata keçirilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu […]

Sağlam qadın, sağlam gələcək: maarifləndirici görüş

Aysel Əlibəyli 09 İyun 2026 · 18:00 1150 baxış Azərlotereya” ASC-nin həyata keçirdiyi “Media klub” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, “Media klub” layihəsinin növbəti tədbiri bu dəfə […]

İcmal büdcənin gəlirləri 28,8 milyard manata çatıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:40 1040 baxış İlin ilk 7 ayında icmal büdcədə 5,1 milyard manatdan çox fərq yaranıb Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın icmal büdcəsinin gəlirlərində yüksək göstərici […]