--:--:-- | 23 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan Qırğızıstana 24 avtomobil satıb

Aysel Əlibəyli 31 İyul 2026 · 12:51 1028 baxış

Azərbaycanın Qırğızıstana ixracında avtomobil, şəkər və tütün məhsulları üstünlük təşkil edib

Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk yarısında Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 28,9 milyon dollara yaxın olub.Millət vəkili Vüqar Bayramovun açıqladığı statistikaya əsasən, bu müddətdə Azərbaycan Qırğızıstana 25,57 milyon dollar dəyərində məhsul ixrac edib, Qırğızıstandan ölkəmizə idxal isə 3,4 milyon dollar təşkil edib.Azərbaycanın ixrac etdiyi əsas məhsullar arasında 11,96 milyon dollar dəyərində 24 ədəd minik avtomobili, 3,46 milyon dollarlıq şəkər və 1,5 milyon dollarlıq tütün məhsulları yer alıb. Bundan başqa, nasos-kompressor boruları, lak və boyaq maddələri, elektrik avadanlıqları və bitki yağları da Qırğızıstana göndərilib.Qırğızıstandan Azərbaycana isə əsasən qabığı təmizlənmiş yunan qozu, makaron məmulatları və parça idxal olunub.Azərbaycanın Qırğızıstanla ticarətdə ilk altı ay üzrə 22,2 milyon dollarlıq müsbət saldo əldə etdiyi bildirilir. Vüqar Bayramov iki ölkə arasında iqtisadi əməkdaşlığın və məhsul çeşidlərinin artırılması üçün geniş imkanların olduğunu qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Trampın layihələrinə 800 milyon dollardan çox ianə

Next Article

Güləşçimiz dünya çempionatında uduzdu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda bir sıra publik hüquqi şəxslərin statusu dəyişdirildi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:20 1102 baxış Dövlət idarəçiliyində yeni dəyişikliklər: bir sıra publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi, bəzi qurumların fəaliyyəti yenidən təşkil olundu Azərbaycanda dövlət adından yaradılmış bir sıra publik hüquqi […]

Heyvandarlığa Yeni Dövlət Dəstəyi Paketi Təsdiqləndi

Aysel Əlibəyli 12 İyun 2026 · 19:19 1090 baxış Yeni təsdiqlənən subsidiya qaydaları ilə heyvandarlıq istehsalçıları üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub. Göygöldə jurnalistlərə açıqlama verən kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, […]

Azərbaycandan Türkmənistana ixrac 37 faizə yaxın artıb

Aysel Əlibəyli 23 İyun 2026 · 17:19 1076 baxış Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–may aylarında Azərbaycandan Türkmənistana ixracın həcmi əhəmiyyətli dərəcədə artıb. Hesabata əsasən, bu dövrdə Azərbaycandan Türkmənistana 26 milyon 308,51 min […]

Nazirlikdən yeni hesabat: nəticələr təqdim olundu

Aysel Əlibəyli 09 İyun 2026 · 12:35 1154 baxış İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Elpress.az “Qafqazinfo”ya istinadən […]