--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

AMB BOKT-lar üçün yeni borclanma hədləri müəyyən edib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 15:59 1074 baxış

BOKT-ların öhdəliklərinin kapitala nisbəti üzrə 1, 3 və 10 misli hədlər tətbiq olunacaq

Elpress.az xəbər verir ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) borclanması ilə bağlı yeni tələblər müəyyənləşdirilib.Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib ki, BOKT-ların öhdəliklərinin kapitala nisbəti üzrə 1, 3 və 10 misli olmaqla üç hədd nəzərdə tutulub.Onun sözlərinə görə, yeni yanaşmanın əsas məqsədi BOKT-ların cəlb etdikləri vəsaitləri müştərilərə daha yüksək faizlə təqdim etməsinin qarşısını almaq və onların kifayət qədər kapitala malik olmasını təmin etməkdir.Xəyyam İsmayılov qeyd edib ki, hazırda Azərbaycanda BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35 faiz təşkil edir. BOKT istehlak kreditləri üzrə müəyyən edilmiş faiz həddini keçmədiyi halda kapitalının 10 mislinədək öhdəlik cəlb edə biləcək.AMB rəsmisi bildirib ki, məsələn, BOKT-un kapitalı 5 milyon manatdırsa, müəyyən şərtlər daxilində onun öhdəliklərinin həcmi kapitalın 10 mislinə qədər artırıla bilər.O əlavə edib ki, öhdəliklərini davamlı şəkildə artıran BOKT-larda əlavə risklər yarandığından, bu sahədə kapital tələblərinin qorunması mühüm əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Polşa səfiri: Son hadisələr Azərbaycanla münasibətlərə təsir etməyəcək

Next Article

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dənizdə neft sızmalarının qarşısının alınmasında monitorinq vacibdir

Aysel Əlibəyli 21 İyun 2026 · 19:37 1176 baxış Ekspert dənizdə boru xətlərinə nəzarətin ekoloji risklərin azaldılmasında mühüm rol oynadığını bildirib. Dənizdə neft sızmalarının vaxtında aşkarlanması və aradan qaldırılması ekoloji təhlükələrin minimuma endirilməsi baxımından mühüm […]

Naxçıvanda 6 981 qadın sahibkar fəaliyyət göstərir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:33 1074 baxış Muxtar respublikada aktiv fiziki sahibkarların sayı 24 608 nəfərdir Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında hazırda 24 608 aktiv fiziki sahibkar fəaliyyət göstərir. Onların 6 […]

Bakıda zoomağaza açmaq gəlirli biznes ola bilərmi?

Aysel Əlibəyli 22 İyun 2026 · 15:10 1230 baxış Azərbaycanda ev heyvanlarına marağın artması zooməhsullar bazarının da genişlənməsinə səbəb olub. İnsanların pişik, it və digər ev heyvanları üçün yem, aksesuar, gigiyena vasitələri və qulluq məhsullarına […]