--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ağdaşda aqrar Dövlət Proqramı müzakirə olunub

Aysel Əlibəyli 12 İyun 2026 · 19:12 1070 baxış

Mərkəzi Aran iqtisadi rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair 2026–2030 Dövlət Proqramının müzakirəsi üzrə regional müşavirə keçirilib.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində keçirilən kənd təsərrüfatı müşavirəsində verilmiş tapşırıqların icrası və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli icrasının təmin edilməsi məqsədilə təşkil olunub.Ağdaşda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri və nümayəndələri ilə yanaşı, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından fermerlər iştirak ediblər.Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev çıxışında Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan, eləcə də həmin müşavirədə verilmiş tapşırıqlardan bəhs edib. O, yeni Dövlət Proqramının məqsəd və əhəmiyyətini qeyd edərək bildirib ki, son illərdə aqrar sahədə genişmiqyaslı islahatlar aparılıb, dövlət dəstəyi mexanizmləri təkmilləşdirilib, aqroparkların yaradılması, müasir suvarma sistemlərinin tətbiqi və torpaq-su resurslarından səmərəli istifadə istiqamətində mühüm layihələr həyata keçirilib. Yeni proqram bu islahatların davamı kimi aqrar sektorun inkişafında yeni mərhələnin əsasını qoyur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ-dən İspaniyaya müdafiə “yaşıl işıq”

Next Article

Abbas Əraqçi: “ABŞ-la razılaşma son mərhələyə çatır” – tarixi yaxınlaşma xəbəri

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Enerji sektorunda sabitlik sual altındadır

Aysel Əlibəyli 02 İyun 2026 · 11:02 1078 baxış Enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır, eyni zamanda bazardakı güclü dəyişkənlik qlobal enerji sektorunda riskləri artırır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji […]

Nazir beynəlxalq tribunalardan çağırış səsləndirib

Aysel Əlibəyli 03 İyun 2026 · 18:03 1132 baxış Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edərək ölkədə həyata keçirilən sosial və rəqəmsal islahatlardan danışıb. Elpress.az xəbər verir ki, […]

Türkiyə də buğda istehsalında tarixi rekord gözləntisi.

Aysel Əlibəyli 30 May 2026 · 19:20 1138 baxış Yağıntılı mövsüm Türkiyə də fermerlərinə rekord buğda məhsulu ümidi verib Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyə də son aylarda yağıntıların həcmi son 66 ilin ən […]