--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

5 marşrut “brutto müqavilə” sisteminə keçib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:46 1044 baxış

Yeni model avtobusların hərəkət qrafikinə və xidmət keyfiyyətinə nəzarəti gücləndirəcək

Elpress.az xəbər verir ki, Azərbaycanda müntəzəm sərnişin daşımalarında “brutto müqavilə” modelinin tətbiqinə başlanılıb. Yeni sistem çərçivəsində daşıyıcılara sərnişin sayından deyil, qət edilən məsafə və göstərilən xidmətin keyfiyyətindən asılı olaraq ödəniş ediləcək.Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli qərarı ilə təsdiqlənən qaydalara əsasən, marşrutlar üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir. Daşıyıcılar müəyyən edilmiş tələblərə uyğun xidmət göstərdikləri halda müvafiq ödəniş alacaqlar.Yeni mexanizmin əsas məqsədlərindən biri sərnişin axınının az olduğu saatlarda, o cümlədən axşam vaxtlarında avtobusların marşrutlardan çıxmamasını və müəyyən edilmiş qrafikə uyğun hərəkət etməsini təmin etməkdir.“Brutto müqavilə” modelinin tətbiqi nəticəsində sərnişinlər üçün daha müntəzəm, etibarlı və proqnozlaşdırılan ictimai nəqliyyat xidmətinin formalaşdırılması nəzərdə tutulur. Sistem eyni zamanda daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin qarşısını almağa, şəhərətrafı və azrentabelli xətlərdə xidmət səviyyəsini yüksəltməyə imkan verəcək.İlk mərhələdə 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar yeni sistemə qoşulub. Müəyyən edilmiş tələblərə uyğun olaraq digər marşrutların da mərhələli şəkildə bu modelə keçirilməsi planlaşdırılır.Yeni sistem daşıyıcıların fəaliyyətinə nəzarət imkanlarını da genişləndirir. Xidmət keyfiyyəti ilə bağlı tələblərin pozulması halında müqavilə çərçivəsində maliyyə və digər təsir tədbirləri tətbiq ediləcək. Bunun üçün xüsusi proqram təminatı vasitəsilə göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi və marşrutların fəaliyyətinə nəzarət həyata keçiriləcək.Modelin tətbiqi daşıyıcıların maliyyə dayanıqlığının və uzunmüddətli planlaşdırma imkanlarının artırılmasına da şərait yaradacaq. Bu isə avtobus parkının yenilənməsi, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınması, texniki xidmətin yaxşılaşdırılması və xidmət keyfiyyətinə investisiyaların artırılması baxımından əlavə imkanlar yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lisey və gimnaziyalara qəbulun II mərhələsinin nəticələri açıqlanıb

Next Article

Ukrayna ICAO-ya Rusiya üzərində uçuşların dayandırılmasını təklif edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dolların sabahkı rəsmi məzənnəsi açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:34 1092 baxış Azərbaycan Mərkəzi Bankı milli valyutanın xarici valyutalara nisbətdə müəyyən edilən rəsmi göstəriciləri ilə bağlı növbəti məlumatı açıqlayıb. Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı manatın […]

Azərbaycan banklarının öhdəlik reytinqi – İlk beşlik məlum oldu

Aysel Əlibəyli 16 İyul 2026 · 17:49 1092 baxış Azərbaycanda 2026-cı ilin ilk yarısının yekunlarına əsasən öhdəliklərinin həcminə görə ən böyük banklar müəyyənləşib. Elpress.az xəbər verir ki, bankların rüblük maliyyə hesabatları əsasında hazırlanan reytinqə görə, […]

Süni intellekt və dronlar neft infrastrukturuna nəzarəti gücləndirir

Aysel Əlibəyli 21 İyun 2026 · 19:54 1168 baxış Müasir texnologiyaların tətbiqi neft infrastrukturunda monitorinq imkanlarını genişləndirərək risklərin daha tez aşkarlanmasına şərait yaradır. Dübəndi çimərliyində baş verən hadisələrə bənzər ekoloji risklərin qarşısının alınması üçün davamlı […]

Gömrük statistikası Kənd Təsərrüfatı Nazirliyinə də təqdim ediləcək

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:36 1046 baxış Xarici ticarət üzrə gömrük məlumatlarının təqdim olunduğu dövlət qurumlarının siyahısı genişləndirilib Elpress.az xəbər verir ki, Azərbaycanda xarici ticarətə dair gömrük statistikası məlumatlarının təqdim ediləcəyi dövlət qurumlarının […]