--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Şəhid İlqar Hümbətov xatirəsinə həsr olunan cüdo turniri start götürdü

Aysel Əlibəyli 07 İyun 2026 · 13:56 86 baxış

Şəhid İlqar Hümbətovin əziz xatirəsinə həsr olunmuş cüdo üzrə açıq birinciliyin açılış mərasimi yüksək təşkilatçılıq və xüsusi ehtiram atmosferi ilə keçirilib

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Şəhid İlqar Hümbətovin əziz xatirəsinə həsr olunmuş cüdo üzrə açıq birinciliyin təntənəli açılış mərasimi “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İOEUGİM-in təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla dərin ehtiramla yad edilib.Daha sonra Şəhid İlqar Hümbətovun həyat yolu, döyüş şücaəti və Vətənə göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilib, onun xatirəsinin gənc nəsil üçün örnək olduğu xüsusi vurğulanıb.Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev çıxışında şəhidlərin xatirəsinə həsr olunan turnirlərin təşkilinin mənəvi və tərbiyəvi əhəmiyyətindən danışaraq, hər bir vətəndaşın şəhidlər qarşısında mənəvi borc daşıdığını diqqətə çatdırıb.Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu isə bu cür yarışların gənclərdə vətənpərvərlik ruhunun güclənməsinə və sağlam həyat tərzinin formalaşmasına mühüm töhfə verdiyini qeyd edib. O, həmçinin bildirib ki, cüdo yalnız idman uğuru deyil, eyni zamanda şəxsiyyətin formalaşmasında da mühüm rol oynayır.Şəhidin anası Dilarə Hümbətova çıxış edərək Vətən yolunda canından keçən qəhrəmanların xatirəsinə göstərilən yüksək ehtirama görə təşəkkürünü ifadə edib və şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi minnətdarlıqla qeyd edib.Açılış mərasimi daha sonra bədii hissə ilə davam etdirilib və tədbirə xüsusi ovqat qatılıb.Qeyd edək ki, turnirdə 2014–2015-ci il təvəllüdlü oğlan və qız cüdoçuların iştirakı ilə gərgin və maraqlı mübarizələr gözlənilir. Ümumilikdə 250-yə yaxın idmançının tatami üzərində çıxışı nəzərdə tutulub.Turnirin əsas məqsədi Şəhid İlqar Hümbətovun əziz xatirəsinin uca tutulması, yeniyetmələr arasında cüdo idman növünün geniş təbliği və gənc idmançıların yarış təcrübəsinin artırılmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Asim Munirdən Xameneiyə xüsusi mesaj

Next Article

Ebola: ABŞ-dən diqqətçəkən məlumat

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Hər şeyi etdik, yalnız qol çatmadı”

Aysel Əlibəyli 14 İyun 2026 · 10:42 52 baxış Türkiyə millisinin baş məşqçisi Montella Avstraliya məğlubiyyətindən sonra açıqlama verib Montella: “Hər şeyi sınadıq, sadəcə qol çatışmadı” – Türkiyə millisinin baş məşqçisi məğlubiyyətdən sonra açıqlama verdiTürkiyə […]

“ChatGPT” Messi azarkeşidir?

Aysel Əlibəyli 23 İyun 2026 · 14:09 56 baxış “ChatGPT”nin rəsmi “Instagram” hesabında yayılan bir paylaşım futbol azarkeşləri arasında müzakirəyə səbəb olub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Paylaşımda Argentina millisinin formasını geyinmiş, baş hissəsi […]

Millimiz Çexiyanı məğlub edib yarımfinala adlayıb

Aysel Əlibəyli 03 İyun 2026 · 01:08 70 baxış Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında yarımfinala vəsiqə əldə edib. Elpress.az “Report”a istinadən xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda […]