--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Qarabağ”ın Avrokubok macərası başa çatdı

Aysel Əlibəyli 28 Avqust 2026 · 09:07 1030 baxış

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəni dayandırıb.

Elpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi cavab qarşılaşmasında Niderlandın “Tvente” klubunu qəbul edib.Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçın əsas vaxtı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə “Qarabağ” 1:0 hesabı ilə qalib gəldiyi üçün komandalar əlavə vaxta yollanıb.Əlavə vaxtda “Tvente” daha iki dəfə fərqlənib. 94-cü dəqiqədə Vaut Veahorst, 115-ci dəqiqədə isə Yunes Taha hesabı dəyişib. 106-cı dəqiqədə Marko Yankoviç qırmızı vərəqə alaraq “Qarabağ”ı azlıqda qoyub.Nəticədə “Tvente” 4:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə yüksəlib.Beləliklə, ardıcıl 12 mövsüm avrokubokların əsas mərhələsində iştirak edən “Qarabağ”ın bu seriyası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp özünü ABŞ tarixinin ən böyük prezidenti elan edib

Next Article

Bakıda güclü külək “sellofan burulğanı” yaradıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan voleybolçuları Latviyada bürünc medal qazandı

Aysel Əlibəyli 12 İyul 2026 · 21:56 1058 baxış Azərbaycanın 20 yaşadək çimərlik voleybolu üzrə oğlanlardan ibarət komandası Latviyada keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edərək mükafatçılar sırasında yer alıb. Elpress.az xəbər verir ki , Latviyanın […]

DÇ finalında rus sözləri qalmaqal yaratdı

Aysel Əlibəyli 21 İyul 2026 · 16:01 1058 baxış Dünya Çempionatının finalındakı fasilə şousunda rus sözləri və “Rusiya” yazısı müzakirələrə səbəb olub Elpress.az xəbər verir ki, İspaniya ilə Argentina arasında keçirilən 2026-cı il Dünya Çempionatının […]

Zambiyalı futbolçu toyundan sonra itkin düşüb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:18 1038 baxış “Leççe”nin futbolçusu Lamek Banda iki həftədir əlaqə saxlamır Elpress.az xəbər verir ki, İtaliyanın “Leççe” klubunda çıxış edən zambiyalı futbolçu Lamek Banda ilə bağlı narahatlıq yaranıb.25 yaşlı […]

“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

Aysel Əlibəyli 08 İyul 2026 · 15:17 1072 baxış Sabah BK basketbol komandasının FIBA Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacağı rəqiblər püşkatma mərasimindən sonra bəlli olub. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, FIBA Çempionlar Liqasının püşkatma […]