--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İtaliya futbolunun əfsanəsi Franko Barezi vəfat edib

Aysel Əlibəyli 31 İyul 2026 · 10:33 1114 baxış

İtaliya millisinin və “Milan” klubunun əfsanəvi futbolçusu Franko Barezi dünyasını dəyişib.

Elpress.az xəbər verir ki, uzun müddətdir ağır xəstəliklə mübarizə aparan veteran müdafiəçi 66 yaşında vəfat edib.

Franko Barezi peşəkar futbol karyerası ərzində yalnız “Milan”ın şərəfini qoruyub. O, 1978–1997-ci illərdə İtaliya təmsilçisinin heyətində çıxış edərək klubun tarixinin ən yaddaqalan futbolçularından birinə çevrilib.

Əfsanəvi müdafiəçi “Milan”la 6 dəfə İtaliya çempionu olub, 4 dəfə ölkə Superkubokunu qazanıb. O, həmçinin 3 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə isə UEFA Superkubokunun qalibi adını qazanıb.İtaliya milli komandasının heyətində 81 oyuna çıxan Franko Barezi 1982-ci il dünya çempionatının qalibi olub. Bundan başqa, o, 1990-cı il mundialında bürünc, 1994-cü il dünya çempionatında isə gümüş medal əldə edib.

Franko Barezinin vəfatı dünya futbol ictimaiyyəti üçün böyük itki kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Beynəlxalq böyrək alveri işi yenidən gündəmdə: Azərbaycana dair iddialar da araşdırılır

Next Article

Lənkəranda itkin düşən şəxsin meyiti su kanalında aşkar edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda U-15 dünya çempionatında 189 ölkə təmsil olunur

Aysel Əlibəyli 25 Oktyabr 2026 · 13:44 1024 baxış Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı dünyanın müxtəlif ölkələrindən gənc futbolçuları bir araya gətirib. Elpress.az xəbər verir ki, oktyabrın 24-də Bakı Kristal Zalında turnirin […]

Cəmilə Muradlı Avropa çempionu oldu

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 15:41 1080 baxış Azərbaycan millisinin üzvü Cəmilə Muradlı 17 yaşadək boksçular arasında Avropa çempionatında qızıl medal qazanıb. Elpress.az xəbər verir ki, Monteneqronun Budva şəhərində keçirilən yarışın 57 kq çəki […]

Luis Suares 39 yaşında Uruqvay millisinə qayıda bilər

Aysel Əlibəyli 11 Avqust 2026 · 15:07 1068 baxış “İnter Mayami”nin hücumçusu Luis Suaresin Uruqvay millisinə qayıdışı gündəmdədir Elpress.az xəbər verir ki, ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən 39 yaşlı təcrübəli hücumçu Luis Suaresin yenidən […]

“Sabah”ın Çempionlar Liqasındakı oyun tarixləri bəlli olub

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:06 1078 baxış Azərbaycan çempionu liqa mərhələsində “Mançester Yunayted”, “Barselona”, “Arsenal” və digər klublarla qarşılaşacaq Elpress.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə liqa mərhələsinin təqvimi müəyyənləşib. Azərbaycan […]