--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Xətai rayonunda yanğın təhlükəsizliyi pozulan obyektin fəaliyyəti dayandırıldı

Elşən 30 Aprel 2026 · 11:43 1116 baxış

Fövqəladə Hallar Nazirliyi-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xətai rayonu, Aşıq Ələsgər küçəsi 2 ünvanında yerləşən ərzaq məhsullarının topdansatış mağazasında aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi ilə bağlı ciddi çatışmazlıqlar üzə çıxıb.

Bu barədə Yenicag.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Elpress.az-ın Yeniçağ.az -a istinadən verdiyi məlumata əsasən, yoxlama nəticəsində müəyyən olunub ki, obyektdə avtomatik yanğın siqnalizasiya sistemi tam qurulmayıb və mövcud sistem də işlək vəziyyətdə deyil. Elektrik təsərrüfatı müvafiq qaydalara uyğun təşkil edilməyib, naqillərin birləşmələri təhlükəsizlik tələblərinə cavab vermir, bəzi avadanlıqların izolyasiyası zədəlidir və nasaz elektrik qurğularından istifadə edilir.

Bununla yanaşı, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb, köçürmə yolları bağlanıb, təxliyə planı hazırlanmayıb. Taxta konstruksiyalar odadavamlı məhlulla işlənməyib, ərazi yanar tullantılardan təmizlənməyib və “Çıxış” işıqlı göstəriciləri quraşdırılmayıb. Həmçinin, obyektin daşınmaz əmlakının icbari sığortası da həyata keçirilməyib.

Mütəxəssislər qeyd ediblər ki, bu vəziyyət yanğın baş verəcəyi halda onun sürətlə yayılmasına və ağır nəticələrə səbəb ola bilər.

Aşkar olunan kobud pozuntular nəzərə alınaraq, həmin ünvanda fəaliyyət göstərən topdansatış mağazasının işinin dayandırılması barədə qərar qəbul edilib və qərar obyekt nümayəndəsinə təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ADA Universitetində Karyera sərgisi keçirildi

Next Article

Avropa Liqasında yarımfinal oyunları start götürür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı–Quba yolunda ağır qəza: ölən var

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:22 1072 baxış “Scania” ayırıcı səddə çırpılaraq qarşı zolağa keçib və “Ravon”un üzərinə aşıb Elpress.az xəbər verir ki, Bakı–Quba avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Qəza yolun […]

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam etdi

Aysel Əlibəyli 10 İyul 2026 · 21:46 1072 baxış Bakı Apellyasiya Məhkəməsində müxtəlif ağır cinayətlərə görə məhkum edilmiş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib. Elpress.az xəbər verir ki, İyulun 10-da Bakı Apellyasiya […]

Zaqatalada TIR-la avtomobil toqquşdu

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:06 1048 baxış Zaqatalada ağır tonnajlı yük maşını ilə “Chevrolet Niva” toqquşub, iki nəfər yaralanıb Elpress.az xəbər verir ki, Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd […]