--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İsveçrədə musiqi festivalında atışma: yaralananlar var

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:25 1058 baxış

Aarauda keçirilən elektron musiqi festivalında atəş səsləri eşidilib, polis genişmiqyaslı əməliyyata başlayıb

Elpress.az xəbər verir ki, İsveçrənin Aarau şəhərində elektron musiqi festivalı zamanı silahlı insident baş verib.Hadisə Arqau kantonunun Şaxen rayonunda təşkil olunan “Aarauer Rave” texnofestivalı zamanı qeydə alınıb. Təxminən 3 500 şəxsin iştirak etdiyi tədbirdə gecə saat 02:30 radələrində atəş səsləri eşidilib.Kanton polisinin məlumatına görə, insident nəticəsində bir neçə nəfər xəsarət alıb. Ölənlərin olub-olmaması barədə isə hələlik məlumat verilməyib.Hadisədən sonra əraziyə polis və digər fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub. Əməliyyatda yanğınsöndürənlər, təcili yardım qüvvələri və orduya məxsus helikopter də iştirak edib. Polis sakinlərə və festival iştirakçılarına hadisə yerindən uzaq durmaq barədə xəbərdarlıq edib.Hazırda atəşin hansı səbəbdən açıldığı, eləcə də hadisəni törədən şəxs və ya şəxslərin kimliyi araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Cəlilabadda ikimərtəbəli ev tamamilə yanıb

Next Article

İstidən bezən camışlar çaya axışdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gəncədə avaralıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 11:59 1078 baxış Gəncənin Atatürk prospektində sakinlərin narahatlığına DİN-dən cavab: Ötən həftə 46 nəfər saxlanılaraq rayonlarına göndərilib Elpress.az xəbər verir ki, Gəncə şəhərinin Atatürk prospektində bəzi şəxslərin vətəndaşlara yaxınlaşaraq […]

Qaxda ağır qəza: azyaşlı öldü

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:36 1074 baxış Qax-Qoragan yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var Elpress.az xəbər verir ki, Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Qax-Qoragan avtomobil yolunda qeydə alınıb. Hərəkətdə […]

Biləsuvarda yol-nəqliyyat hadisəsi qeydə alınıb

Aysel Əlibəyli 04 İyun 2026 · 20:53 1198 baxış Biləsuvarda yük maşını ilə minik avtomobili toqquşub, yaralananlar var Baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza […]

Lerikdə zəlzələ baş verdi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:13 1072 baxış Lerikdə 3,1 maqnitudalı yeraltı təkan qeydə alınıb Elpress.az xəbər verir ki, Lerik rayonunda gecə saatlarında zəlzələ qeydə alınıb.Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, yeraltı təkan yerli […]