--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Rumıniyada liman ərazisində PUA insidenti qeydə alınıb

Aysel Əlibəyli 05 İyun 2026 · 16:47 1212 baxış

Rumıniyanın Konstansa limanında baş verən partlayışa səbəb olan pilotsuz dəniz aparatının Ukraynaya aid olduğu bildirilib.

Elpress.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.Açıqlamada qeyd olunub ki, Qara dənizdə tapşırıq yerinə yetirən pilotsuz katerlərdən biri radioelektron müdaxilə nəticəsində idarəetmədən çıxaraq Rumıniya sahillərinə istiqamətlənib.Hadisə iyunun 5-də səhər saatlarında Konstansa limanında, Rumıniya Dəniz Xilasetmə Agentliyinin qərargahı yaxınlığında qeydə alınıb. Təhlükəsizlik qüvvələri tərəfindən ərazi nəzarətə götürüldükdən sonra aparatın zərərsizləşdirilməsi prosesi zamanı partlayış baş verib.Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. Hadisədən sonra liman ətrafında xüsusi təhlükəsizlik tədbirləri görülüb, ərazi hüquq-mühafizə və hərbi qurumlar tərəfindən mühasirəyə alınıb.Rumıniya tərəfi partlayışla bağlı araşdırmaların davam etdiyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moskva–Bakı “Natra” və “Zirkon” gəmisi hücumu ilə bağlı əlaqədədir – Zaxarova

Next Article

Xoşqədəm Hidayətqızı əkiz övladları ilə efirdə ailəsindən danışıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Badamdarda partlayışda xəsarət alan gəncin vəziyyəti ağırdır

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 18:28 1104 baxış Elpress.az xəbər verir ki, Bakının Səbail rayonunun Badamdar qəsəbəsində baş verən partlayış nəticəsində xəsarət alan 20 yaşlı şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir. TƏBİB-dən verilən məlumata görə, […]

Bakıda 37 nəfər həbs edilib

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 13:47 1110 baxış Bakıda məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı yaranan insidentlər üzrə cinayət işi başlanılıb, 37 nəfər həbs edilib. Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına […]

Xaçınçay daşdı: sel həyatı iflic etdi

Aysel Əlibəyli 12 İyun 2026 · 20:06 1144 baxış Elpress.az xəbər verir ki, son günlər yağan aramsız yağışlar Xaçınçay çayında selə səbəb olub. Güclü su axını nəticəsində çayı keçməyə çalışan “Hyundai” markalı avtomobil hərəkətsiz qalaraq […]

Xəzər dənizində 3,6 maqnitudalı zəlzələ qeydə alındı

Elşən 21 May 2026 · 09:14 1158 baxış Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Elpress.az -a verilən məlumata əsasən, mayın 21-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar səhər saat 05:47-də seysmoloji cihazlar vasitəsilə müəyyən olunub. […]