--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Dənizdə batan ikinci qardaşın da nəşi tapıldı

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:59 1115 baxış

Buzovnada baş verən faciə: Dənizdə batan bacı-qardaşlardan 22 yaşlı Ruslan Həmidovun da meyiti çıxarıldı

Elpress.az xəbər verir ki, Xəzər rayonunun Buzovna qəsəbəsində nəzarətsiz dəniz ərazisində batan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun meyiti FHN-in dalğıcları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Xatırladaq ki, avqustun 2-də bir ailənin 3 üzvü — iki qardaş və bir bacı dənizdə batmışdı. Hadisə zamanı 2009-cu il təvəllüdlü Aysel Həmidova xilas edilmiş, 2014-cü il təvəllüdlü Əli Həmidovun isə cansız bədəni sahilə vurmuşdu. Axtarışları davam etdirilən böyük qardaş Ruslanın da tapılması ilə faciədən sonra aparılan axtarış xilasetmə əməliyyatı başa çatıb

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Danimarka Şahzadəsi əsgərliyə yollandı

Next Article

Ronaldo aktyorluq karyerasına başlayır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

50 yaşlı kişi arı sancmasından zərər çəkib.

Aysel Əlibəyli 15 İyun 2026 · 21:01 1170 baxış Ağdamda 50 yaşlı kişi arı sancması səbəbilə anafilaktik şok keçirib. Hadisə Ağdam rayonunun Əhmədağalı kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Yasin Yadulla oğlu Əhmədov […]