--:--:-- | 11 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Xaçmazda səyyar qəbul: sakinlərin problemləri dinlənildi

Elşən 23 Aprel 2026 · 18:37 31 baxış

Elnur Rzayev Xaçmaz rayonunun Xanoba kəndində hüquq-mühafizə orqanları və müxtəlif qurum rəhbərlərinin iştirakı ilə səyyar qəbul təşkil edib. Görüşdə Yalama inzibati ərazi dairəsinə daxil olan bir neçə kəndin sakinləri iştirak ediblər.

Qəbuldan öncə rayon rəhbərliyi şəhid Seymur Ramazanovun xatirəsini yad edərək abidəsi önünə gül dəstələri qoyub.

Sakinlər əvvəlki görüşlərdə qaldırılan problemlərin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirərək təşəkkürlərini bildiriblər. Bununla yanaşı, qazlaşdırma, yol təmiri, elektrik şəbəkəsinin yenilənməsi, rabitə və internet xidmətlərinin yaxşılaşdırılması, həmçinin uşaq bağçalarında əlavə qrupların açılması ilə bağlı yeni müraciətlər səsləndiriblər.

Elnur Rzayev vətəndaşların müraciətlərini diqqətlə dinləyib, qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verib və bəzi problemlər yerindəcə aradan qaldırılıb.

Sonda sakinlər göstərilən diqqətə görə İlham Əliyevə və Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

140A marşrutu nağdsız ödəniş sisteminə keçir

Next Article

Heydər Əliyev prospektində piyada vuruldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şükürbəyliyə növbəti köç: 107 ailə doğma yurduna qayıtdı

Elşən 15 May 2026 · 13:23 20 baxış İşğaldan azad edilən Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi həyata keçirilib. Səhər saatlarında yola düşən ailələr uzun fasilədən sonra doğma yurdlarına qayıdaraq sevinc içində evlərinə yerləşiblər. […]

Heydər Əliyev prospektində qəza səbəbilə sıxlıq yaranıb

Aysel Əlibəyli 04 İyun 2026 · 16:00 86 baxış Paytaxtın Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin verdiyi məlumata əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi səbəbindən […]

Keşlədə tikilini alov bürüyüb

Aysel Əlibəyli 04 İyun 2026 · 13:51 86 baxış Keşlə qəsəbəsində yerləşən obyektlərdən birində yanğın hadisəsi baş verib. Hadisə yerinə dərhal yanğınsöndürmə qüvvələri cəlb olunub və alovun ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində operativ tədbirlər […]