--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Xaçmazda polis əməliyyatı: silah və külli miqdarda heroin aşkarlandı

Aysel Əlibəyli 08 İyul 2026 · 15:14 1032 baxış

Azərbaycan Polisinin Xaçmazda keçirdiyi əməliyyat zamanı silah və narkotik vasitə ilə əlaqəli şübhəli bilinən iki nəfər saxlanılıb.

Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Musayev saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, dörd patron və narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.Əməliyyat tədbirləri davam etdirilərkən digər rayon sakini İsa Cəbiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. O, rayon ərazisində yerləşən köhnə yarımtikilidə yaxalanıb və üzərinə baxış zamanı təxminən bir kiloqram heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əsərləri niyə “təhlükəli” sayılırdı? – Jan de Lafonten

Next Article

“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fransada iğtişaşlar fonunda saxlanılanların sayı 780 nəfərə çatıb

Aysel Əlibəyli 31 May 2026 · 18:33 1096 baxış PSJ-nin Çempionlar Liqasının finalında “Arsenal” üzərində qələbəsindən sonra Fransada baş verən iğtişaşlarda polis fanatlara qarşı sərt tədbirlər görüb. Reuters-in yaydığı məlumata görə, Paris və digər şəhərlərdə […]

Lazada sürüşmə: Qusar hadisə ilə sarsıldı

Aysel Əlibəyli 11 İyun 2026 · 18:28 1074 baxış Qusarda sürüşmə: xəsarət yoxdurQusarda baş verən sürüşmə nəticəsində xəsarət alan olmayıb. Qusarda zəif sürüşmə qeydə alınıb: ziyan yoxdurQusarda 1 maqnitudalı sürüşmə yerli vaxtla saat 14:38-də, 1 […]

Mərdəkanda ailə faciəsi: Biri öldü, biri axtarılır

Aysel Əlibəyli 07 İyul 2026 · 11:53 1048 baxış Mərdəkan çimərliyində baş verən faciə nəticəsində bir ailənin iki övladı dənizdə batıb. Elpress.az xəbər verir ki, İlkin məlumata görə, ailənin dörd üzvü dənizdə çətin vəziyyətə düşüb. […]