--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Sulutəpədə küçəni su basdı – sakinlər hərəkət edə bilmir

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 11:05 1200 baxış

Bakının Binəqədi rayonunun Aşağı Sulutəpə qəsəbəsində yağışdan sonra yaranan mənzərə sakinlərin gediş-gəlişini çətinləşdirib.

Elpress.az xəbər verir ki, Pənahabad küçəsi 1 ünvanında, “Nur” şadlıq sarayından aşağı istiqamətdə yerləşən yol su altında qalıb. Küçədə yaranan gölməçə və palçıq səbəbindən həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Sakinlərin sözlərinə görə, xüsusilə işə gedib-gələn insanlar üçün vəziyyət ciddi narahatlıq yaradıb. Küçədən keçmək üçün alternativ yolun olmaması gediş-gəlişi daha da çətinləşdirir.

Qeyd edək ki, Sulutəpənin Pənahabad küçəsində yağışdan sonra oxşar problemin daha əvvəl də yaşandığı barədə məlumatlar yayılıb.

Sakinlər problemin aidiyyəti qurumlar tərəfindən nəzərə alınaraq küçədə yaranmış vəziyyətin aradan qaldırılmasını istəyirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xırdalanda avtobus palçığa batdı – hərəkət çətinləşdi

Next Article

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda uşaq bağçası ilə bağlı iddia araşdırılır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 17:44 1102 baxış Bakının Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasına gedən azyaşlının səhhətində və davranışında dəyişiklik müşahidə olunması ilə bağlı yayılan məlumatlar araşdırılır. Elpress.az xəbər verir ki, sosial […]

Hörmüz boğazında tankerə hücum edilib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:24 1090 baxış Tankerin naməlum obyektlə hədəfə alındığı bildirilir Elpress.az xəbər verir ki, Hörmüz boğazından keçən tankerə naməlum obyekt tərəfindən hücum edilib.Hadisə ilə bağlı məlumat Birləşmiş Krallığın Dəniz Ticarəti […]

Bakıda “Changan” aşdı: İki nəfər xəsarət aldı

Aysel Əlibəyli 03 İyul 2026 · 17:22 1136 baxış Bakının Nəsimi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı taksi kimi fəaliyyət göstərən “Changan” markalı avtomobil aşıb, nəticədə sərnişinlər xəsarət alıblar. Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, […]