--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 19:09 1072 baxış

Aksiz markası olmayan tütün məmulatlarının qaçaqmalçılığı ilə bağlı cinayət işində təqsirləndirilən şəxslərlə bağlı məhkəmə qərarı verilib.

Elpress.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.

Ev dustaqlığına buraxılan şəxslər arasında “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, briqadir Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov və həmin postun inspektoru Heydər Eyvazlı da var.

Həmçinin Tamerlan Axundzadə, tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirdiyi bildirilən Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov və Rövşən Tarverdiyev barəsində də eyni qərar qəbul edilib.

İş üzrə növbəti məhkəmə iclası oktyabrın 23-də keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev: “Azərbaycan xalqı təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayır”

Next Article

Xaricdəki azərbaycanlı alimlər Bakıda bir araya gələcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Meyvəli” Ticarət Mərkəzində yanğın baş verib

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:10 1054 baxış Qaradağda “Meyvəli” Ticarət Mərkəzinin ərazisində yanğın olub Elpress.az xəbər verir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” Ticarət Mərkəzinin ərazisində yanğın baş verib.Hadisə avqustun 13-də […]

“Kurtlar Vadisi”nin ssenaristləri Kozinoğlu işi üzrə ifadə verib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 20:31 1088 baxış Serialdakı MİT zabiti obrazının Kaşif Kozinoğlundan ilhamlandığı iddia olunur Elpress.az xəbər verir ki, Türkiyədə keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) zabiti Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında […]

Elbrus faciəsi: Zirvə yürüşü ölümlə nəticələndi

Aysel Əlibəyli 19 İyul 2026 · 17:00 1078 baxış Rusiyanın ən hündür zirvəsi olan Elbrus dağında iki alpinistin iştirakı ilə ağır bədbəxt hadisə baş verib. Elpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin […]

Gürcüstan-Moskva avtobusu qəzaya uğrayıb: 5 ölü

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:13 1060 baxış Stavropolda avtobusun “KamAZ”a çırpılması nəticəsində 38 nəfər yaralanıb Elpress.az xəbər verir ki, Gürcüstan-Moskva marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Rusiyanın Stavropol diyarında ağır yol qəzasına düşüb.TASS-ın […]