--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Samuxdakı dəhşətli qəzanın təfərrüatı: 3 ölü, 1 yaralının vəziyyəti orta ağırdır

Aysel Əlibəyli 09 İyul 2026 · 11:22 1178 baxış

Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi üç nəfərin həyatına son qoyub, bir nəfər isə xəstəxanada müalicə olunur.

Elpress.az xəbər verir ki, qəza rayon ərazisində “VAZ-2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Əliyeva həyatını itirib.

Qəza nəticəsində xəsarət alan iki nəfər ilkin olaraq Samux Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara təcili tibbi yardım göstərildikdən sonra daha ixtisaslı müalicə üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxanaya təxliyə ediliblər.

TƏBİB-in məlumatına əsasən, yaralılardan biri müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb. Digər yaralının müalicəsi isə davam etdirilir və vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan üç nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, bir yaralı isə xilas edilərək həkimlərə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Beşiktaş”dan səs-küylü transfer: Almaniya millisinin qapıçısı imza atdı

Next Article

Bu gün diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağdaşda kabab hazırlığı faciə ilə bitdi

Aysel Əlibəyli 27 May 2026 · 14:56 1138 baxış Ağdaşda kabab bişirib bayram keçirmək istəyi ana və övlad üçün ağır nəticələrə səbəb olub. Elpress.az-ın məlumatına əsasən, hadisə rayon mərkəzində — Nizami küçəsində yerləşən evlərdən birində […]

Binə və Nardaranın bəzi ərazilərində qaz olmayacaq

Aysel Əlibəyli 11 Avqust 2026 · 08:44 1074 baxış Elpress.az xəbər verir ki, bu gün Binə və Nardaran qəsəbələrinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 11-də saat […]

“28 May” metrosu yaxınlığında polis əməliyyatı

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 22:57 1086 baxış Bakıda “28 May” metrostansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd göstərən bir qrup şəxsin saxlanıldığı bildirilir. Elpress.az xəbər verir ki, redaksiyaya daxil olan məlumata görə, hadisə məktəblərdə […]

Ağdama növbəti köç karvanı çatdı

Elşən 26 May 2026 · 07:31 1177 baxış İlham Əliyevin tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” proqramı mərhələli şəkildə davam edir. Elpress.az-ın Azərtac -a istinadən verdiyi məlumata görə, növbəti köç mərhələsində Ağdam şəhərinə […]