--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Sabahdan güclü külək: Bakıya və bölgələrə hava xəbərdarlığı edildi

Aysel Əlibəyli 26 İyul 2026 · 18:04 1100 baxış

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də gözlənilən küləkli hava şəraiti ilə əlaqədar ölkə ərazisinin bir hissəsi üçün sarı və narıncı xəbərdarlıq elan edib.

Elpress.az xəbər verir ki, xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında, eləcə də Mingəçevir, Ağstafa, Qazax, Tovuz, Gəncə, Daşkəsən, Goranboy, Qobustan, Neftçala, Hacıqabul, Naftalan, Xaçmaz, Qusar və Şabran rayonlarında şimal-qərb küləyinin sürətinin 20,8–28,4 m/s-dək güclənəcəyi gözlənilir. Bu ərazilər üçün narıncı xəbərdarlıq qüvvədə olacaq.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası, Gədəbəy, Göygöl, Şəmkir, Samux, Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Quba, Siyəzən, Xızı, Altıağac, İmişli, Şirvan, Beyləqan, Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran və Astara rayonlarında isə küləyin sürətinin 13,9–20,7 m/s arasında dəyişəcəyi proqnozlaşdırılır. Bu bölgələr üzrə sarı xəbərdarlıq verilib.

Mütəxəssislər vətəndaşlara güclü küləkli hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağı, zərurət olmadıqca açıq ərazilərdə uzun müddət qalmamağı və təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyevin Almaniya səfəri strateji əməkdaşlığa yeni imkanlar açdı

Next Article

İran Ukraynaya sərt xəbərdarlıq etdi: “Bu hücum cavabsız qalmayacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Filippində məktəbdə silahlı insident baş verib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:13 1086 baxış Atışma nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb Elpress.az xəbər verir ki, Filippinin Cənubi Kotabato vilayətinin Banqa bölgəsində yerləşən məktəblərdən birində silahlı insident baş verib.Hadisə […]

Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə başlayır

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 09:28 1083 baxış Elpress.az xəbər verir ki, bu il Azərbaycanda 125 mindən çox uşaq ilk dəfə məktəbə qədəm qoyaraq təhsil həyatının yeni mərhələsinə başlayacaq. Bunu elm və təhsil naziri […]

Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 21:16 1056 baxış Bakının Nərimanov rayonunda yaşayış üçün istifadə olunmayan binada uçqun baş verib. Elpress.az xəbər verir ki, hadisə oktyabrın 22-də saat 17:40 radələrində Nazim Hacıyev küçəsində qeydə alınıb. […]

Lerikdə zəlzələ qeydə alındı

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 11:57 1068 baxış Lerik rayonunda yeraltı təkanlar qeydə alınıb. Elpress.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 11:14-də baş verib.Yeraltı təkanlar Lerik seysmik […]