--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Şəkidə zipline qəzasında ölən Coşqunun toyuna günlər qalıbmış

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:25 1062 baxış

31 yaşlı Coşqun Məmmədovun bu ayın sonunda ailə həyatı quracağı bildirilir

Elpress.az xəbər verir ki, Şəkidə yerləşən “Şəki yaylası” istirahət-əyləncə mərkəzində baş verən faciəvi hadisə zamanı həyatını itirən 31 yaşlı Coşqun Məmmədovun Vətən müharibəsi iştirakçısı olduğu məlum olub.“Zipline” xəttində baş verən qəza nəticəsində ölən Coşqun Məmmədovun nişanlı olduğu və bu ayın sonunda toy mərasiminin keçiriləcəyi bildirilib. Mühafizə şirkətində çalışan gəncin yaxınları onun nişanlı olduğunu sosial şəbəkələrdə qeyd ediblər.Hadisə zamanı həyatını itirən digər gənc Ucal Bayramovla bağlı da yeni məlumat yayılıb. Onun ötən il sentyabrın 7-də ailə həyatı qurduğu və hadisə günü həyat yoldaşı ilə evliliklərinin birinci ildönümünü qeyd etmək üçün “Şəki yaylası”na getdiyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ-nin dövlət borcu tarixi həddə çatıb

Next Article

Leyla və Arzu Əliyevalar Madriddə sərgiyə qatılıblar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tanınmış ailənin övladı Leysan qəfil dünyasını dəyişib.

Aysel Əlibəyli 25 May 2026 · 12:41 1139 baxış Dünən Bakıda səhhəti qəfil pisləşən 22 yaşlı Leysan Qədimov vəfat edib, onun tanınmış nəslə mənsub olduğu bildirilir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, o, Sədərək rayonundan […]

Restoranda mürəbbə davası məhkəmədə bitdi

Aysel Əlibəyli 03 Avqust 2026 · 15:56 1066 baxış Paytaxt restoranında iş yoldaşını döyən ofisiant barışıq sayəsində məsuliyyətdən azad edildi Elpress.az xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən “Ay İşığı” restoranında işçilər arasında münaqişə baş […]

Yasamalda Yanğın Söndürüldü

Aysel Əlibəyli 10 İyun 2026 · 20:59 1138 baxış Yasamal ərazisində yerləşən obyektdə yaranan yanğın operativ tədbirlər nəticəsində söndürülüb. Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin çevik və operativ müdaxiləsi nəticəsində Bakı şəhərinin Yasamal rayonu, Həsən bəy Zərdabi […]