--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Səfərbərlik Xidmətinin sabiq əməkdaşı azadlığa buraxılıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:47 1088 baxış

Araz Kərimli 6 min manat cərimə edilib, cəzası 3 min manatla əvəzlənib

Elpress.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin sabiq əməkdaşı Araz Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən iclasda iş üzrə hökm elan olunub.Məhkəmənin hökmü ilə Araz Kərimli 6 min manat məbləğində cərimə cəzasına məhkum edilib. Onun həbsdə olduğu müddət nəzərə alınaraq cəza 3 min manat məbləğində cərimə ilə əvəzlənib. Bununla da Kərimli məhkəmə zalından azadlığa buraxılıb.Araz Kərimli ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Daha sonra Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.O, Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə, yəni vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və ya nüfuz alverində ittiham olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMB uçot dərəcəsini dəyişməyib

Next Article

AMB inflyasiya proqnozunu dəyişməz saxlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İsmayıllıda avtomobil aşıb yanıb – ölən və yaralanan var

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 00:51 1064 baxış Elpress.az xəbər verir ki, İsmayıllı-Qəbələ yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yolun 12-ci kilometrliyində, Topçu kəndi ərazisində qeydə alınıb.İlkin məlumata görə, “Mercedes E-240” markalı avtomobil […]

Ucarda zibil poliqonunda yanğın

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:35 1070 baxış Alov 1 hektar əraziyə yayılıb yanğınsöndürənlər alovun qarşısını almağa çalışır Elpress.az xəbər verir ki, Ucar rayonunda zibil poliqonunda yanğın baş verib.Hadisə rayon ərazisində yerləşən, ümumi sahəsi […]

Dənizdə batan Ruslan Azərbaycan çempionu imiş

Aysel Əlibəyli 06 Avqust 2026 · 22:20 1086 baxış Buzovnada dənizdə batan MAA tələbəsi Ruslan Həmidov “World Robot Caspian Cup” qalibi imiş Elpress.az xəbər verir ki, Avqustun 2-də Buzovna qəsəbəsində dənizin nəzarətsiz ərazisində batan şəxslərdən […]