--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Qeysəriyyə əməliyyatından sonra komaya düşən qadınla bağlı YENİ MƏLUMAT

Aysel Əlibəyli 18 Avqust 2026 · 12:08 1024 baxış

Bakıda qeysəriyyə əməliyyatından sonra səhhəti ağırlaşan 28 yaşlı Şəhlə Quliyevanın vəziyyəti ilə bağlı yeni məlumat yayılıb.

Elpress.az xəbər verir ki, “Baku Medical Plaza”dan bildirilib ki, Şəhlə Muxtar qızı Quliyeva hamiləliyinin 22-ci həftəsində tibb müəssisəsinə müraciət edib və aparılan müayinələrdən sonra hamiləliyi tibbi nəzarətə götürülüb.Məlumata görə, iyulun 28-də tibbi göstərişlərə və mövcud klinik protokollara uyğun olaraq pasiyent üzərində qeysəriyyə əməliyyatı icra edilib. Əməliyyatdan sonrakı dövrdə isə onda qəfil başlayan şiddətli baş ağrısı və qıcolma tutması müşahidə olunub.Aparılan geniş müayinələr nəticəsində pasiyentdə III dərəcəli mitral qapaq çatışmazlığı müəyyən edilib. Vəziyyətin qiymətləndirilməsi məqsədilə həkim konsiliumu çağırılıb.Konsiliumun rəyinə əsasən, pasiyentin mövcud klinik vəziyyəti cərrahi müdaxilə üçün uyğun hesab edilməyib.Hazırda Şəhlə Quliyevanın müalicəsi Reanimasiya şöbəsində multidissiplinar tibbi heyətin nəzarəti altında davam etdirilir. Yeni doğulmuş körpənin vəziyyətinin isə stabil olduğu və müvafiq tibbi nəzarətdə saxlanıldığı bildirilib.Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə və bəzi media resurslarında Şəhlə Quliyevanın vəfat etdiyi barədə məlumatlar yayılmışdı. Lakin tibb müəssisəsinin son açıqlamasında onun müalicəsinin davam etdiyi bildirilib.

Hadisə ilə bağlı araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət verilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Könül Qasımova yenidən həbs olunub

Next Article

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümüdür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bibiheybət yolunda motosiklet qəzası baş verib

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:03 1024 baxış Təhlükəli manevr edən motosiklet sürücüsü qəza törədib, sərnişinin kaskasız olması diqqət çəkib Elpress.az xəbər verir ki, Bakının Səbail rayonunda motosiklet sürücüsünün təhlükəli manevri qəza ilə nəticələnib.Hadisə […]

Zimbabvedə ağır qəza: 25 nəfər ölüb

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:22 1022 baxış Marşrut avtobusu ilə yük maşınının toqquşması çoxsaylı insan tələfatına səbəb olub Elpress.az xəbər verir ki, Zimbabvedə ağır yol-nəqliyyat hadisəsi baş verib. Harare-Çivhu magistralında sərnişin avtobusu ilə […]