--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Lənkəranda 3 yaşlı uşaq döyülüb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:02 1082 baxış

Azyaşlının atalığı tərəfindən döyüldüyü bildirilir, ananın valideynlik hüququ məsələsinə baxılır

Elpress.az xəbər verir ki, Lənkəranda 3 yaşlı uşağın fiziki zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır.2023-cü il təvəllüdlü azyaşlı səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Tibbi müayinə zamanı uşağın sağ gözaltı nahiyəsində, sol qulağında, sifətində və kürəyində qançırlar müəyyən olunub.Azyaşlıya zəruri tibbi yardım göstərilib və müalicəsi davam etdirilir. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.İlkin məlumatlarda uşağın digər uşaqlarla oynayarkən xəsarət aldığı bildirilsə də, sonradan onun atalığı tərəfindən döyüldüyü qeyd olunub.Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat aparılır və müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticələrinə əsasən hadisəyə hüquqi qiymət veriləcək.Hadisə ilə əlaqədar uşağın təhlükəsizliyinin və hüquqlarının qorunması istiqamətində də tədbirlər görülür. Eyni zamanda, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə qanunvericiliyə uyğun şəkildə baxılır. Anaya psixoloji dəstək göstərilməsi məqsədilə müvafiq mütəxəssislərlə görüşlər keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarını genişləndirir

Next Article

Nazir müavini: Azərbaycan regional əlaqələr üçün platformadır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Samuxda gənc qadını avtomobil vurdu

Aysel Əlibəyli 25 Avqust 2026 · 21:49 1066 baxış Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Elpress.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, yolu keçən 22 yaşlı Zeynəb Mustafayevanı avtomobil vurub.Qəza […]

Naxçıvanda zəncirvari qəza: 2 nəfər xəsarət alıb

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:39 1082 baxış Naxçıvan-Şahbuz yolunda dörd avtomobil toqquşub Elpress.az xəbər verir ki, Naxçıvan-Şahbuz magistralında bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.Hadisə zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” […]

Binanın önündə meyit aşkarlanıb.

Aysel Əlibəyli 23 May 2026 · 22:41 1150 baxış Gəncədə yaşayış binalarından birinin qarşısında meyit aşkarlanıb. Elpress.az-ın Qafqazinfo- ya istinadən verilən məlumata görə, hadisə şəhərin Ş.İ.Xətai prospektində baş verib.1981-ci il təvəllüdlü Azər Cəfərovun meyiti binanın […]