“Sevgi evi” sığınacağının rəhbəri bir neçə maddə üzrə ittiham olunur
Elpress.az xəbər verir ki, “Sevgi evi” Qadın və Uşaq Sığınacağının sahibi Könül Qasımova barəsində yenidən həbs qətimkan tədbiri seçilib.Məlumata görə, Xətai Rayon Məhkəməsi ötən ay onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.Könül Qasımovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham irəli sürülüb. İttihamlar iki və ya daha çox şəxsə qarşı, qabaqcadan əlbir olan qrup tərəfindən, yetkinlik yaşına çatmayan və ya köməksiz vəziyyətdə olan şəxslərə qarşı, həmçinin işgəncə verməklə əzab törətmə əməllərini əhatə edir.Qeyd edək ki, Qasımova bundan əvvəl də əzab vermə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Təxminən üç il əvvəl Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.Həmin dövrdə onun himayəsində azyaşlı övladının olması nəzərə alınaraq, qanunvericiliyə uyğun şəkildə cəzanın icrası uşağın 14 yaşına çatmasına qədər təxirə salınıb.Hazırkı iş üzrə isə məhkəmənin qərarı ilə Qasımova barəsində həbs qətimkan tədbiri seçilib.


