--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Hərbçiləri aldadaraq pul alan şəxslərdən biri həbs edilib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:33 1036 baxış

Müayinə nəticələrinə təsir göstərəcəklərini vəd edən sabiq hərbçilər hakim qarşısına çıxarılıb

Elpress.az xəbər verir ki, Hərbi qulluqçuların tibbi müayinə nəticələrinə müdaxilə edə biləcəklərini vəd edərək onlardan pul aldığı bildirilən iki sabiq hərbçi barəsində məhkəmə hökmü çıxarılıb. Tural Nuriyev və Əsəd Əliyev dörd hərbçiyə qarşı dələduzluqda təqsirləndirilib. Cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb.Məhkəmənin qərarı ilə Əsəd Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib və hökm elan olunan zaman məhkəmə zalında həbs olunub. Tural Nuriyev isə 4 min manat məbləğində cərimələnib.İttihama əsasən, Ə.Əliyev tanıdığı hərbçinin telefon danışığından onun və digər xidmət yoldaşlarının narkoloji müayinədən keçirildiyini, həmçinin əvvəl narkotik vasitələrdən istifadə etdiklərinin analizlər zamanı üzə çıxacağından narahat olduqlarını öyrənib.Bundan sonra həmin şəxslərin narahatlığından istifadə edərək qanunsuz gəlir əldə etmək qərarına gəlib. O, bu barədə yoluxucu xəstəliklər ixtisası üzrə rezidentura təhsili alan hərbçi tanışı T.Nuriyevlə əlaqə saxlayıb.İttihamda göstərilir ki, hər iki şəxs hərbçilərə analiz nəticələrinə təsir göstərə biləcəklərini vəd edərək onlardan ümumilikdə 10 min manata yaxın pul alıb.Daha sonra zərərçəkənlər aldadıldıqlarını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət ediblər. Faktla bağlı Bakı Hərbi Prokurorluğunda cinayət işi başlanıb.Tural Nuriyev və Əsəd Əliyev qabaqcadan əlbir olan qrup tərəfindən, qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirli biliniblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

34 il əvvəl atasını öldürən şəxs saxlanılıb

Next Article

Suriya İsraillə diplomatik həll axtarır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Moskvada kilsə qarşısında hücum: bir nəfər öldürülüb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:19 1036 baxış Kürəklə insanlara hücum edən şəxs silahla vurularaq öldürülüb Elpress.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada kilsələrdən birinin yaxınlığında insident baş verib.Hadisə şəhərin Maryino rayonunda qeydə alınıb. […]

Gəncədə qadın bıçaqlanaraq öldürülüb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:32 1020 baxış Bazarda işləyən qadının ölümündə oğlu şübhəli bilinir Elpress.az xəbər verir ki, Gəncədə ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.Hadisə şəhər ərazisindəki bazarlardan birində qeydə alınıb. Bazarda yerləşən […]

Zimbabvedə ağır qəza: 25 nəfər ölüb

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:22 1022 baxış Marşrut avtobusu ilə yük maşınının toqquşması çoxsaylı insan tələfatına səbəb olub Elpress.az xəbər verir ki, Zimbabvedə ağır yol-nəqliyyat hadisəsi baş verib. Harare-Çivhu magistralında sərnişin avtobusu ilə […]