Qızmar hava ilə əlaqədar FHN müraciət etdi: Qeyri-çimərlik ərazilərdən və nəzarətsiz çimməkdən çəkinin
Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə müşahidə olunan qızmar hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edərək çimərliklərdə və su hövzələrində təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Müraciətdə qeyd olunur ki, nəzərdə tutulmamış ərazilərdə (kanal, çay, arx və s.) çimmək, çimmə zonasının sərhədlərini aşmaq, fəal günəş altında uzun müddət qalmaq və hava qaraldıqdan sonra suya daxil olmaq həyat üçün təhlükəlidir. Nazirlik uşaqların nəzarətsiz qoyulmamasını, xilasedicilərin tələblərinə və xəbərdaredici nişanlara riayət olunmasını xahiş edir. Təhlükə anında dərhal “112” qaynar xəttinə zəng edilməsi tövsiyə olunur.


