--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Biləsuvarda mübahisə qanlı sonluqla bitib

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:05 1046 baxış

Dərvişli kəndində 42 yaşlı kişi kəsici alətlə öldürülüb, 16 yaşlı şübhəli saxlanılıb

Elpress.az xəbər verir ki, Biləsuvar rayonunda kənd sakinləri arasında yaranan mübahisə ölümlə nəticələnib.Hadisə avqustun 13-də rayonun Dərvişli kəndində baş verib. İlkin məlumata görə, münaqişə zamanı 1982-ci il təvəllüdlü Şölət Rüstəmliyə kəsici alətlə xəsarətlər yetirilib. Ağır yaralanan şəxs xəstəxanaya aparılarkən yolda həyatını itirib.Cinayəti törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.Hadisənin digər təfərrüatları və cinayətin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda bir sıra küçələrdə hərəkət məhdudlaşdırılacaq

Next Article

ABŞ İran müharibəsində 45 “Reaper” PUA-sı itirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dostunu öldürən şəxsə cəza kəsildi

Aysel Əlibəyli 10 İyun 2026 · 11:34 1122 baxış Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən Elçin İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. Elpress.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Mövsümovun […]

Bağçada uşağın döyülməsi iddiasına rəhbərlikdən cavab

Aysel Əlibəyli 31 İyul 2026 · 12:02 1046 baxış Sumqayıtdakı bağçada uşağın müəllim tərəfindən döyüldüyü iddia olunur: rəhbərlik açıqlama verdi Elpress.az xəbər verir ki, Sumqayıtda fəaliyyət göstərən “Nauka Tədris Mərkəzi” adlı özəl məktəbəqədər təhsil müəssisəsində […]

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq.

Aysel Əlibəyli 20 May 2026 · 20:03 1125 baxış Təmir və texniki səbəblərlə əlaqədar olaraq, bu ərazilərdə qaz təchizatı müvəqqəti dayandırılacaq. Sakinlərin əvvəlcədən məlumatlandırılması məqsədəuyğundur. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, bu barədə “Azəriqaz” İB […]