--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bakıda zəncirvari qəza: Yaralıların son durumu məlum oldu

Aysel Əlibəyli 03 İyul 2026 · 17:17 1124 baxış

Bakının Nizami rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alanların sağlamlıq vəziyyəti açıqlanıb.

Elpress.az bildirir ki, Bakının Nizami rayonunda dörd avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti ilə bağlı yeni məlumat açıqlanıb.TƏBİB-in məlumatına görə, hadisə ilə əlaqədar iyulun 2-də saat 19:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qara Qarayev prospektindən çağırış daxil olub. Hadisə yerinə operativ şəkildə təcili tibbi yardım briqadası göndərilib.Tibb işçiləri tərəfindən müxtəlif dərəcəli müştərək travmalar alan üç nəfər – iki qadın və bir kişi Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Xəstəxanada onlara zəruri tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər bir şəxs isə yazılı iltizam əsasında stasionar müalicədən imtina edib.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli faktı təsdiqləyərək bildirib ki, qəza iyulun 2-də saat 19:50 radələrində Qara Qarayev prospektində qeydə alınıb.İlkin araşdırmalara əsasən, Rakif Səlifovun idarə etdiyi “Chevrolet”, Tapdıq Süleymanovun idarə etdiyi “Ford”, Almara Yusifovanın idarə etdiyi “Hyundai” və Tural Abışzadənin idarə etdiyi “Changan” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Chevrolet” markalı avtomobilin sürücüsü Rakif Səlifov, həmin nəqliyyat vasitəsinin sərnişini Fərqanə İsayeva və “Hyundai” markalı avtomobildə olan sərnişin Fidan Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Baş vermiş yol-nəqliyyat hadisəsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kənd təsərrüfatı naziri Lerikdə vətəndaşları qəbul etdi

Next Article

Bakıda “Changan” aşdı: İki nəfər xəsarət aldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fotoqraf Aysun Həsənli və qızı qəzaya düşüb

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:42 1136 baxış Bakı-Sumqayıt yolunda baş verən ağır qəza nəticəsində ana və qızı yaralanıb Elpress.az xəbər verir ki, Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.Qəza nəticəsində tanınmış fotoqraf Aysun […]

Bərdədə açıq sahədə yanğın baş verib

Aysel Əlibəyli 06 Avqust 2026 · 15:06 1058 baxış Bərdənin Zümürxan kəndində yanğın: Quru otluq sahə yandı, tikililər mühafizə olundu Elpress.az xəbər verir ki, Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verib. Fövqəladə […]

Gəncədə gəlin maşını işıq dirəyinə çırpılıb

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 20:23 1068 baxış Toy karvanında hərəkət edən “Mercedes” idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb Elpress.az xəbər verir ki, Gəncədə toy karvanında hərəkət edən gəlin maşını qəzaya uğrayıb.Hadisə Nizami […]

Bakıda dələduzluq edən şəxs saxlanıldı

Aysel Əlibəyli 21 İyul 2026 · 14:48 1118 baxış İstirahət məkanlarına bilet və ucuz avtomobil satacağı vədi ilə vətəndaşları aldadan şəxs polis tərəfindən tutulub. Elpress.az xəbər verir ki, Bakıda dələduzluq əməllərində şübhəli bilinən, əvvəllər dəfələrlə […]