--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

AQTA Ağcabədidə kafedə ciddi nöqsanlar aşkarladı

Aysel Əlibəyli 03 İyul 2026 · 17:09 34 baxış

AQTA-nın Ağcabədidə keçirdiyi yoxlama zamanı ictimai iaşə obyektində qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən edilib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları Ağcabədi rayonu, Ağcabədi–Bəhramtəpə avtomobil yolu üzərində yerləşən, fiziki şəxs Röyal Bəhlul oğlu Səfərova məxsus “Şah” kafesində planlı yoxlama həyata keçiriblər.AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin yaydığı məlumata əsasən, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra ciddi pozuntular aşkar edilib. Belə ki, istehlaka təqdim olunan ət məhsullarına dair müşayiətedici sənədlərin olmadığı, süd və ət məhsullarının müvafiq etiket məlumatları ilə təmin edilmədiyi, həmçinin məhsulların saxlanılması zamanı mal qonşuluğu prinsipinin pozulduğu müəyyənləşdirilib.Bundan başqa, müəssisədə istifadə olunan suyun filtrasiya edilmədiyi, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, sanitariya-gigiyena normalarına əməl olunmadığı və zəruri təmizlik işlərinin lazımi səviyyədə aparılmadığı da yoxlama zamanı üzə çıxıb.Aşkarlanmış nöqsanlarla əlaqədar sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Eyni zamanda, pozuntuların qısa müddətdə aradan qaldırılması məqsədilə icrası məcburi olan göstərişlər verilib.AQTA bildirib ki, əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təminatın gücləndirilməsi və qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyanın Kiyevə hücumunda diplomatların qaldığı otel zədələndi

Next Article

Kənd təsərrüfatı naziri Lerikdə vətəndaşları qəbul etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

FHN əməkdaşları göz qapağına ilişən zəncirbəndi çıxarıblar

Aysel Əlibəyli 18 İyun 2026 · 19:46 62 baxış Paytaxtın Sabunçu rayonunda göz qapağı geyimin zəncirbəndinə ilişən şəxsə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yardım göstərilib. Elpress.az xəbər verir ki, hadisə ilə bağlı FHN-in “112” qaynar […]

Qubada sürüşmə qeydə alınıb

Aysel Əlibəyli 22 İyun 2026 · 15:47 58 baxış Quba rayonunun Qusar sərhədinə yaxın ərazisində sürüşmə hadisəsi baş verib. Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, ərazidə sürüşmə prosesi iyunun 20-dən etibarən davam […]