--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Yeni metro stansiyalarının piyada əlçatanlıq zonası açıqlanıb

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:30 1072 baxış

Stansiyaların ətrafında 800 metrlik piyada əlçatanlıq radiusunun müəyyənləşdirilməsi təklif olunur

Elpress.az xəbər verir ki, Metro stansiyalarının şəhər sakinləri üçün piyada əlçatanlığını qiymətləndirmək məqsədilə stansiyaların ətrafında müəyyən məsafəni əhatə edən zonaların formalaşdırılması nəzərdə tutula bilər.Mütəxəssislərin yanaşmasına əsasən, piyada əlçatan məsafə adətən 5-15 dəqiqə ərzində qət edilə bilən 400-1200 metr aralığında hesab olunur. Orta hesabla 10 dəqiqə ərzində 800 metr məsafə qət etmək mümkün olduğundan, metro stansiyaları üçün də 800 metrlik radius əsas götürülə bilər.Bu yanaşma tətbiq edilərsə, həm mövcud, həm də dövlət proqramı çərçivəsində tikilməsi planlaşdırılan metro stansiyalarının ətrafında piyada əlçatanlıq zonaları müəyyənləşəcək.Lakin real piyada əlçatanlığını yalnız xəritədəki məsafə ilə müəyyənləşdirmək mümkün deyil. Səkilərin vəziyyəti, piyada keçidlərinin təhlükəsizliyi, panduslar, küçələr arasındakı bağlantılar və digər infrastruktur imkanları da nəzərə alınmalıdır.Bu səbəbdən xəritədə 800 metr kimi göstərilən məsafə faktiki olaraq piyada üçün eyni uzunluqda olmaya bilər. Piyada marşrutlarının rahat və təhlükəsiz olması metro stansiyalarının əlçatanlığının əsas şərtlərindən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qızıl və gümüş ucuzlaşıb

Next Article

Tupak Şakurun qətli ilə bağlı məhkəmə başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Sea Breeze”də tarixi arena qurulur

Aysel Əlibəyli 26 May 2026 · 17:35 1224 baxış “Sea Breeze” kurort kompleksi yeni və böyük bir layihə ilə genişlənir. Kompleksin ərazisində 50 min tamaşaçı tutumuna malik “Dream Arena” adlı konsert məkanının inşa edilməsi nəzərdə […]

Bu il 900-dən çox uşağa ananın soyadı verilib

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:48 1064 baxış Azərbaycanda bu il 924 uşağa ananın soyadının verilməsi rəsmiləşdirilib Elpress.az xəbər verir ki, Azərbaycanda 2026-cı ilin əvvəlindən etibarən 38 514 uşağa atasının, 924 uşağa isə anasının […]

FHN bir həftənin statistikasını açıqladı: 443 yanğın, 7 meyit

Aysel Əlibəyli 08 İyun 2026 · 10:01 1118 baxış Fövqəladə Hallar Nazirliyi ötən həftə ərzində ölkə ərazisində baş verən hadisələrlə bağlı statistik məlumatları açıqlayıb. Elpress.az xəbər verir ki, Nazirliyin məlumatına görə, bir həftə ərzində müxtəlif […]

Nərimanov Tibb Mərkəzinə yeni direktor təyin olunub

Aysel Əlibəyli 29 İyul 2026 · 10:46 1076 baxış Nərimanov Tibb Mərkəzində rəhbər vəzifəsinə yeni təyinat həyata keçirilib. Elpress.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı əmrə əsasən, Təranə Əmirxan qızı Quliyeva Nərimanov […]