--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Yardımlıda narkotik risklərinə qarşı maarifləndirmə aksiyası keçirilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 17:03 1044 baxış

Sakinlərə sosial şəbəkələrdə gizli narkotik təbliğatı və süni intellekt məzmunlarının yaratdığı risklər izah olunub

Elpress.az xəbər verir ki, Yardımlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı maarifləndirici aksiya təşkil edilib.Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.Aksiya zamanı sakinlərə, xüsusilə yeniyetmə və gənclərə narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumat verilib. İnternet və sosial şəbəkələrdə gizli manipulyasiya üsulları, psixoloji təzyiq, yanlış təsəvvürlərin formalaşdırılması və süni intellekt vasitəsilə hazırlanan məzmunların mümkün riskləri diqqətə çatdırılıb.Rayonun müxtəlif yaşayış məntəqələrində, istirahət ərazilərində, küçə və prospektlərində keçirilən görüşlər zamanı iştirakçılara psixoaktiv maddələrin insan sağlamlığına təsiri, narkotik və psixotrop maddələrdən istifadənin fəsadları, inzibati məsuliyyət və hüquqi məsələlər barədə məlumat verilib.Həmçinin yeniyetmələrdə narkotik istifadəsinin erkən davranış və fizioloji əlamətlərinin vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti, düzgün qərarvermə bacarıqlarının formalaşdırılması və bu sahədə valideynlərin rolu izah olunub.Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana haqqında həqiqət” və digər mövzularda hazırlanmış maarifləndirici materiallar paylanılıb.Tədbirdə narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr də diqqətə çatdırılıb və sağlam həyat tərzinin təşviqi ilə bağlı çağırışlar səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Turizm şirkətinin rəhbəri dələduzluqda ittiham olunur

Next Article

Fuad Muradov: Azərbaycan İƏT ölkələri ilə diaspor sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azad edilmiş ərazilərdə yeni xəstəxanalar layihələndirilir

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:28 1040 baxış Səhiyyə Nazirliyi xəstəxana layihələrində enerji səmərəliliyi və beynəlxalq standartları nəzərə alır Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə yeni xəstəxanaların layihələndirilməsi istiqamətində işlər davam etdirilir.Səhiyyə […]

Şimal rayonlarında Anım Günü tədbirləri keçirilib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:25 1072 baxış Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızıda şəhidlərin xatirəsi anılıb Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın şimal rayonlarında şəhidlərin xatirəsinə […]