--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

“Sea Breeze”də tarixi arena qurulur

Aysel Əlibəyli 26 May 2026 · 17:35 1248 baxış

“Sea Breeze” kurort kompleksi yeni və böyük bir layihə ilə genişlənir. Kompleksin ərazisində 50 min tamaşaçı tutumuna malik “Dream Arena” adlı konsert məkanının inşa edilməsi nəzərdə tutulur.

Elpress.az Azərtac-a istinadən verdiyi məlumata görə, “Sea Breeze”in təsisçisi Emin Ağalarov bu planı “Dream Fest” festivalına həsr edilmiş brifinqdə açıqlayıb.Ağalarov bildirib ki, yeni arena beynəlxalq musiqi tədbirlərini keyfiyyətcə yeni səviyyəyə daşıyacaq və dünya şöhrətli ifaçıların konsertlərinin müntəzəm olaraq burada keçirilməsinə şərait yaradacaq. Hazırda “Dream Fest” festivalının məkanı təxminən 10 min nəfərlik tutuma malikdir. Yeni arenaya keçidlə isə bu rəqəm 5 dəfə artacaq, tədbirlərin formatı da əhəmiyyətli dərəcədə genişlənəcək.”Dream Fest” gələcəkdə hazırda tikinti və planlaşdırma mərhələsində olan yeni meydançaya köçürüləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qubada qadının müəmmalı şəkildə itməsi ilə bağlı axtarış aparılır

Next Article

Leyla və Arzu Əliyevadan Lənkəranda könül oxşayan ziyarət

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Vəkillər Kollegiyasında mühüm qərarlar qəbul edildi

Aysel Əlibəyli 06 İyun 2026 · 11:59 1180 baxış İyunun 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, iclasda Kollegiyanın sədri Anar Bağırov qurumun cari fəaliyyəti və qarşıda duran […]

Paytaxtın 5 küçəsində sürücülərə məhdudiyyət

Aysel Əlibəyli 16 İyul 2026 · 00:32 1080 baxış AAYDA Bakının beş küçəsində aparılacaq təmir işləri ilə əlaqədar hərəkət məhdudiyyəti tətbiq ediləcəyini açıqlayıb Elpress.az xəbər verir ki , Bakıda yol infrastrukturunun yenilənməsi istiqamətində növbəti təmir […]

Marco Rubio ilə Hakan Fidan arasında görüş keçirilib.

Aysel Əlibəyli 22 May 2026 · 21:13 1177 baxış Marco Rubio NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində Hakan Fidan ilə bir araya gəlib. Elpress.az -ın Azərtac- a istinadən xəbər verirki tərəflər Ankarada keçiriləcək NATO Zirvə […]