--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Sabah havanın temperaturu 36 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 20 İyun 2026 · 13:19 1078 baxış

Sabah Azərbaycanda hava şəraitinin əsasən sabit keçəcəyi, bəzi bölgələrdə isə yağış yağacağı gözlənilir.

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Paytaxtda havanın temperaturunun gecə 21-24, gündüz isə 27-32 dərəcə isti olacağı proqnozlaşdırılır.Rayonlarda isə dağlıq və dağətəyi ərazilərdən başlayaraq bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv xarakter alacağı gözlənilir.Havanın temperaturu rayonlarda gecə 21-26, gündüz 31-36 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan nefti yenidən bahalaşıb

Next Article

Azov faciəsinin kölgəsində qalan sual: Ukrayna niyə başsağlığı vermədi?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Peşə təhsilində yeni ixtisaslar açılacaq

Aysel Əlibəyli 20 İyul 2026 · 16:52 1034 baxış Sənayeyönümlü peşə ixtisaslarının tədrisi genişləndiriləcək Elpress.az xəbər verir ki, Azərbaycanda peşə təhsili müəssisələrində müasir əmək bazarının tələblərinə uyğun sənayeyönümlü ixtisasların tədrisi genişləndiriləcək.Prezident İlham Əliyevin təsdiqlədiyi **“Məşğulluq […]

Kral Felipe Əliyevə mesaj göndərdi

Aysel Əlibəyli 26 May 2026 · 18:51 1156 baxış İspaniya Kralı VI Felipe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Elpress.az apa-a istinadən verdiyi məlumata görə, məktubda Kral Felipe Azərbaycanın Müstəqillik Günü münasibətilə İspaniya hökuməti […]