--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Ramid Namazov: Həssas məlumatlar artıq ölkə daxilində emal olunur

Aysel Əlibəyli 09 İyul 2026 · 15:38 22 baxış

Milli Məclisin komissiya sədri Ramid Namazov bildirib ki, Azərbaycanda yaradılan milli super kompüter mərkəzi həssas məlumatların ölkə sərhədlərini tərk etmədən emal edilməsinə imkan yaradır.

Elpress.az xəbər verir ki, Ramid Namazov bu fikirləri Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən ictimai müzakirələr zamanı səsləndirib.Onun sözlərinə görə, ölkədə milli super kompüter mərkəzinin yaradılması mürəkkəb süni intellekt modellərinin xarici platformalardan asılı olmadan təhlükəsiz şəkildə idarə edilməsinə şərait yaradır. Komissiya sədri vurğulayıb ki, bu addım milli təhlükəsizliyin və rəqəmsal suverenliyin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Beləliklə, dövlətə məxsus həssas məlumatlar artıq ölkə hüdudlarından kənara çıxmadan emal oluna bilir.Ramid Namazov əlavə edib ki, 2026–2028-ci illəri əhatə edən fəaliyyət planına uyğun olaraq qadağan edilmiş məzmunun süni intellekt vasitəsilə avtomatik aşkarlanması da nəzərdə tutulur. O bildirib ki, növbəti mərhələdə, 2028-ci ilin sonunadək Azərbaycan dili üzrə böyük dil modellərinin hazırlanması planlaşdırılır. Bu təşəbbüsün məqsədi Azərbaycan dilində daha keyfiyyətli süni intellekt həllərinin yaradılması, eləcə də ölkənin mədəni və linqvistik suverenliyinin daha da möhkəmləndirilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şahin Diniyev: “Vestri” ilə oyun “Qarabağ” üçün rahat keçəcək

Next Article

İyulda şansı üzünə güləcək 4 bürc açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

şagirdlər dərsdə cihazlardan istifadə edə bilməyəcək

Aysel Əlibəyli 29 İyun 2026 · 18:49 32 baxış Dərs zamanı mobil cihazlara nəzarət güclənir: Yeni qaydalar məktəblərdə tətbiq ediləcək Azərbaycan məktəblərində şagirdlərin mobil telefon və digər elektron cihazlardan istifadəsi ilə bağlı yeni qaydalar təsdiqlənib.Elm […]

15 May – Beynəlxalq İqlim Günü qeyd olunur

Elşən 15 May 2026 · 09:06 75 baxış Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Elpress.az-ın Azərtac-a istanadən verdiyi məlumata əsasən, bu qeyri-rəsmi ekoloji gün meteoroloqların iqlimin mühafizəsi ilə bağlı çağırışlarından sonra formalaşıb. […]

Azərbaycanda temperatur yüksəlir

Aysel Əlibəyli 10 İyun 2026 · 12:45 96 baxış İyunun 11-də Azərbaycanda əsasən isti və yağmursuz hava şəraiti müşahidə olunacaq. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən […]

FHN-dən həftəsonu çimərliyə gedənlərə vacib xəbərdarlıq

Aysel Əlibəyli 11 İyul 2026 · 10:56 18 baxış Həftəsonu çimərliklərdə istirahət etməyi planlaşdıran vətəndaşlara Fövqəladə Hallar Nazirliyi mühüm təhlükəsizlik çağırışı edib. Elpress.az xəbər verir ki, Yay mövsümünün ən isti günlərində, xüsusilə həftəsonları minlərlə insan […]