--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“PAŞA Kapital”ın rəhbər heyətində yeni təyinat

Aysel Əlibəyli 12 İyun 2026 · 16:36 1088 baxış

“PAŞA Kapital” İnvestisiya Şirkətində rəhbər vəzifələrdən birinə yeni təyinat həyata keçirilib.

Elpress.az FED.az-a istinadən xəbər verir ki, Gülşən Cumayeva Korporativ Kommunikasiyalar, İnsan Resursları və Biznesə Dəstək blokunun direktoru vəzifəsinə gətirilib.O, bundan əvvəl – 2024-cü ilin may ayından 2026-cı ilin iyun ayınadək şirkətin Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib.Maliyyə və korporativ kommunikasiya sahəsində 10 ildən artıq təcrübəyə malik olan Gülşən Cumayeva müxtəlif illərdə “Bank of Baku”da İctimaiyyətlə əlaqələr və reklam departamentinin direktoru, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, KİV-lə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb. O, həmçinin “Rabitəbank” və “Finca Azerbaijan”da ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edib.Qeyd edək ki, 2012-ci ildə yaradılan “PAŞA Kapital” investisiya şirkəti fiziki və hüquqi şəxslərə broker xidməti, investisiya bankçılığı, marja ticarəti və maliyyə məsləhətləri üzrə xidmətlər təqdim edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pakistanda terror hücumu: ölən və yaralananlar var

Next Article

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ bir neçə rayonda hiss edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

FHN bir həftənin statistikasını açıqladı: 443 yanğın, 7 meyit

Aysel Əlibəyli 08 İyun 2026 · 10:01 1072 baxış Fövqəladə Hallar Nazirliyi ötən həftə ərzində ölkə ərazisində baş verən hadisələrlə bağlı statistik məlumatları açıqlayıb. Elpress.az xəbər verir ki, Nazirliyin məlumatına görə, bir həftə ərzində müxtəlif […]

Peşə təhsilində yeni ixtisaslar açılacaq

Aysel Əlibəyli 20 İyul 2026 · 16:52 1034 baxış Sənayeyönümlü peşə ixtisaslarının tədrisi genişləndiriləcək Elpress.az xəbər verir ki, Azərbaycanda peşə təhsili müəssisələrində müasir əmək bazarının tələblərinə uyğun sənayeyönümlü ixtisasların tədrisi genişləndiriləcək.Prezident İlham Əliyevin təsdiqlədiyi **“Məşğulluq […]

DYP-dən həftəsonu sürücülərə çağırış

Aysel Əlibəyli 18 İyul 2026 · 15:14 1018 baxış DYP həftəsonu yollarda diqqətli olmağa çağırdı Elpress.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu və yay mövsümü ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.Bildirilib […]