--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

İyunun 30-da hava necə olacaq?

Aysel Əlibəyli 29 İyun 2026 · 12:56 88 baxış

Yayın son günlərində hava dəyişir: Bakıda yağış ehtimalı, bölgələrdə qeyri-sabit hava gözlənilir

Milli Hidrometeorologiya Xidmətindən “Elpress.az” a verilən xəbərə görə, İyunun 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bəzi bölgələrdə qeyri-sabit hava şəraiti müşahidə olunacaq.Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağması və şimşək çaxması ehtimal edilir.Gün ərzində küləyin istiqamətində dəyişiklik olacaq. Cənub-qərb küləyi axşam saatlarında şimal-qərb küləyi ilə əvəzlənəcək. Paytaxtda havanın temperaturu gecə saatlarında 18-20 dərəcə, gündüz isə 25-29 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilsə də, səhər saatlarından başlayaraq şimal və qərb rayonlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv xarakter daşıya biləcəyi və dolu düşə biləcəyi bildirilir.Dağlıq ərazilərdə gecə və səhər saatlarında duman müşahidə oluna bilər. Rayonlarda havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə, bəzi yerlərdə isə 23-28 dərəcə isti təşkil edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kamboca “ASAN xidmət” modelini öyrənir

Next Article

DÇ azarkeş zonasına atəş açıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AAYDA-ya məxsus bir sıra yol istismarı qurumları ləğv edildi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:18 24 baxış Azərbaycanda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən bir neçə dövlət qurumu fəaliyyətini dayandırır. Bununla bağlı müvafiq qərarlar qəbul olunub. Elpress.az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Avtomobil […]

Qəbul imtahanının ikinci cəhdində iştirak etmək istəyənlər

Aysel Əlibəyli 01 İyun 2026 · 15:03 78 baxış I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdində iştirak üçün qeydiyyat 2026-cı il iyunun 1-dən 8-dək həyata keçiriləcək. Elpress.az-ın Qafqazinfo.az-a […]