--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İmtahana başqasının yerinə girmək istəyən şəxs saxlanıldı

Aysel Əlibəyli 02 İyul 2026 · 17:24 1038 baxış

Ali məktəblərə qəbul imtahanı zamanı qayda pozuntusuna yol verməyə çalışan şəxs müəyyən edilərək imtahandan uzaqlaşdırılıb. Hadisə V ixtisas qrupu üzrə keçirilən qabiliyyət imtahanında qeydə alınıb.

Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid keçirilən qabiliyyət imtahanı zamanı qayda pozuntusu aşkar edib. Belə ki, bir nəfər başqa bir abituriyentin yerinə imtahana daxil olmağa cəhd göstərib.DİM-in yaydığı məlumata əsasən, yoxlama zamanı həmin şəxsin əsl kimliyi müəyyən olunub və o, imtahanda iştirak etməsinə icazə verilmədən zaldan uzaqlaşdırılıb.Qurum bildirib ki, belə hallarda həm imtahanda iştirak etməli olan şəxs, həm də onun yerinə imtahana girməyə cəhd edən şəxs məsuliyyət daşıyır. Qaydalara əsasən, əsl namizədin bütün imtahan nəticələri ləğv edilir və o, müsabiqədən kənarlaşdırılır. Başqasının yerinə imtahana daxil olmağa çalışan şəxs isə qanunvericiliyə uyğun hüquqi məsuliyyət daşıyır.DİM qeyd edib ki, bu cür qayda pozuntularına yol verən şəxslər arasında bəzən ali təhsil müəssisələrinin tələbələri də olur və belə hallarda onların universitetdən xaric olunması ehtimalı mövcuddur. Əvvəlki illərdə də oxşar faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılıb və məhkəmə qərarları qəbul edilib.Dövlət İmtahan Mərkəzi vətəndaşları imtahan qaydalarına ciddi əməl etməyə çağıraraq bildirib ki, qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı bundan sonra da müvafiq tədbirlər görüləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AAYDA-ya məxsus bir sıra yol istismarı qurumları ləğv edildi

Next Article

Tramp sevdiyi mahnının müəllifini yad etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah hava pisləşəcək: güclü yağış və dolu gözlənilir

Aysel Əlibəyli 30 May 2026 · 12:45 1141 baxış Mayın 31-də bəzi rayonlarda yağış və dolu gözlənilir Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda hava dəyişkən buludlu […]

Ramiz İdrisoğluya yeni vəzifə verildi

Aysel Əlibəyli 06 İyul 2026 · 19:05 1040 baxış Dövlət Komitəsindən ayrıldı: Ramiz İdrisoğlu fəaliyyətini bu nazirlikdə davam etdirəcək Elpress.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kadr dəyişikliyi baş verib. Komitənin mətbuat katibi […]

Sabah temperatur 37 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 09 İyul 2026 · 16:05 1034 baxış Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 10-da Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, bəzi rayonlarda temperaturun 37 dərəcəyədək yüksələcəyi gözlənilir. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti […]

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Elşən 07 İyun 2026 · 14:46 1175 baxış İran–ABŞ–İsrail qarşıdurması: savaş, yoxsa ssenari?İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurmanın sona yaxınlaşdığı bir dövrdə bir sual məni ciddi şəkildə düşündürür: həqiqətənmi bu hadisələr bir müharibədir, yoxsa […]